10 Mayıs 2012 Perşembe

Mövzu 1 Makroiqtisadiyyatın predmeti və metodoloji prinsipləri 1.1. Makroiqtisadiyyatın predmeti Makroiqtisadiyyat bütövlükdə iqtisadiyyatın fəaliyyət qanunauyğunluqlarını öyrənən iqtisadi agentlərin və iqtisadi bazarların qarşılıqlı əlaqələrini tədqiq edən elmdir. Əlavə olaraq iqtisadiyyat mürəkkəb iyerarxik təşkil edilmiş sistem kimi iqtisadi proses və hadisələrin və onların göstəricilərinin məcmusu kimi çıxış edir. İlk dəfə makroiqtisadiyyat terminini 1933-cü ildə məşhur Norveç alimi ekonometrikanın banilərindən biri, Nobel mükafatı laureatı Raqnar Friş öz məqaləsində işlədib. Lakin məzmunca, müasir makroiqtisadi nəzəriyyə görkəmli ingilis iqtisadçısı Con Meynard Keynsin fundamental əsərindən başlayıb. 1936-cı ildə nəşr olunan «Məşgulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» kitabında o, makroiqtisadi təhlilin təməlini qoymuşdur. Keynsin bu əsərinin əhəmiyyəti o qədər böyük idi ki, nəticədə iqtisadi ədəbiyyatda «keynsçi inqilab» termini əmələ gəlmiş və o zamana qədər iqtisadi hadisələrin tədqiqində ənənəvi yeganə mövcud olan klassik yanaşmaya müqabil keynsçi makroiqtisadi model və ya keynsçi yanaşma əmələ gəlmişdir. Makroiqtisadiyyat bütövlükdə iqtisadiyyat üçün ümumi olan problemləri tədqiq edir və ümumi daxili məhsul, milli gəlir, məcmu tələb, məcmu təklif, məcmu istehlak, investisyalar, qiymətlərin ümumi səviyyəsi, işsizliyin səviyyəsi, dövlət borcu və s. kəmiyyətlərdən istifadə edir. Makroiqtisadiyyat tərəfindən öyrənilən əsas problemlər aşağdakılardır: iqtisadi artım, onun amilləri və templəri;  iqtisadi tsikl və onun səbəbləri;  məşğulluq və işsizlik; qiymətlərin ümumi səviyyəsi və inflyasiya;  faiz dərəcəsinin səviyyəsi və pulun tədavülü; dövlət büdcəsinin vəziyyəti və büdcə kəsrinin maliyyələşdirilməsi; tədiyə balansının vəziyyəti və valyuta məzənnəsi. Bütün bu problemləri mikroiqtisadiyyatın köməyi ilə, yəni ayrı-ayrı istehlakçı, firma və sahə səviyyəsində həll etmək mümkün deyil. Məhz bir sıra belə ümumiqtisadi problemlərinin mövcud olması iqtisadi nəzəriyyənin makroiqtisadiyyat adlanan müstəqil bölməsinin meydana gəlməsini zəruri etmişdir. Makroiqtisadiyyatın öyrənilməsinin əhəmiyyəti aşağdakılardan ibarətdir: - o, nəinki makroiqtisadi hadisə və prosesləri təsvir edir, hətta onlar asrasında qanunauyğunluq və asılılıqları müəyyən edir; - makroiqtisadi asılılıq və əlaqələr haqqında məlumat iqtisadiyyatda mşvcud olan vəziyyəti qiymətləndirməyə və onun yaxşılaşdırılması üçün ilk növbədə hökumət tərəfindən görüləcək tədbirləri müəyyənləşdirməyə - yəni iqtisadi siyasətin prinsiplərinin işlənib hazırlanmasına imkan verir; - makroitisadiyyatın öyrənilməsi gələcək proseslərin necə inkişaf edəcəyini qabaqcadan görməyə - yəni proqnozların qurulmasına, gələcək iqtisadi problemləri təhlil etməyə imkan verir. 1.2. Makroiqtisadi təhlil Makroiqtisadi proseslərin 2 növ təhlili mövcuddur: ex post və ex ante. Makroiqtisadi təhlil ex post və ya milli hesabdarlıq - iqtisadi fəaliyyətin nəticələrini qiymətləndirməyə, neqativ halları və problemləri aşkarlamağa, onların həlli və aradan qaldırılması üçün iqtisadi siyasətin işlənilib hazırlanmasının, ayrı-ayrı ölkələrin iqtisadi potenseallarının müqayisəli təhlilinin aparılmasına imkan verən statistik göstəricilərin təhlilidir. Makroiqtisadi təhlil еx ante müəyyən nəzəri konsepsiyalar əsasında iqtisadi proses və hadisələrin proqnoz modelləşdirilməsi deməkdir ki, bu da iqtisadi proseslərin inkişafını, onun qanunauyğunluqlarını müəyyən etməyə və iqtisadi hadisələr arasında səbəb və nəticə əlaqələrinin aşkar edilməsinə imkan verir. İqtisadi proseslərin təhlilində makroiqtisadiyyat aşağdakı prinsiplərdən istifadə edir: - iqtisadi agentlərin davranışının səmərəliliyi prinsipi o deməkdir ki, agent qazanc və xərcləri müqayisə edərək optimal həlli seçir; - «digər bərabər şərtlərlə” prinsipi ondan ibarətdir ki, bu фярзиййяйя görə hazırda təhlil edilən dəyişənlər istisna olmaqla bütün digər дяйишянляр sabit qalır. - abstraklaşdırma prinsipi, yəni, müəyyən proses və ya hadisələrin təhlilində əhəmiyyətsiz amillərdən yayınmaqla daha çox məna kəsb edən faktorların seçilməsi. - hadisələrin faktiki vəziyyətini əks etdirən pozitiv iqtisadi nəzəriyyə ilə iqtisadi proseslərin necə inkişaf edəcəyini göstərən normativ iqtisadi nəzəriyyənin əlaqələndirilməsi. - iqtisadçılara faktları toplamağa, sistemləşdirməyə və ümumiləşdirməyə kömək edən induktiv metodun hansısa iqtisadi prosesi izah edən bu və ya digər hipotezi, yəni məntiqi nəticəni irəli sürməyə imkan verən deduktiv metodla əlaqələndirilməsi; - iqtisadi qanunauyğunluqların, dəyişənlər arasında əlaqələrin təsviri üçün qrafiklərdən geniş istifadə olunması. Makroiqtisadi təhlilin ən vacib prinsipi ümumiləşdirmədir. Bütövlükdə, iqtisadiyyat səviyyəsində iqtisadi qanunauyğunluqların və asılılıqların öyrənilməsi onlara yalnız məcmular və aqreqatlar kimi baxıldıqda mümkündür. Makroiqtisadi təhlil ümumiləşdirməni tələb edir. Ümumiləşdirmə - ayrı-ayrı elementlərin bir vahidə, aqreqata, məcmuya birləşdirilməsi deməkdir. Ümumiləşdirmə makroiqtisadi agentləri, makroiqtisadi bazarları, qarşılıqlı makroiqtisadi əlaqələri və makroiqtisadi göstəriciləri ayırmağa imkan verir.

Hiç yorum yok:

Yorum Gönder