10 Mayıs 2012 Perşembe

Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalından hərbi yolla azad edilməsi üçün əlverişli daxili və xarici şərait yetişib. Ermənistan ordusu heç vaxt xüsusi döyüş qabiliyyəti, fərdi və kollektiv qəhrəmanlıq nümunələri, strateji və taktiki bacarığı ilə seçilməyib. Ermənilərin bütün hərbi tarixi qorxaqlıq, xəyanət, başıpozuqluq, arxadan zərbə nümunələri ilə zəngindir, tarix ermənilərin hardasa, hansı döyüşdəsə qələbə çalması ilə bağlı məlumata malik deyil. Ermənilər həmişə kiminsə himayəsinə sığınmış, ya da kimlərinsə sifarişini yerinə yetirərək dinc əhalinin üzərinə yerimiş, kütləvi qətliamlar törətmişlər. Tarix bir nəfər də olsun həqiqi erməni sərkərdəsini tanımır, Çar Rusiyası və Sovet imperiyası dönəmində yüksək hərbi rütbə alan ermənilərin dinc əhaliyə qarşı qəddar cəza əməliyatlarının keçirilməsindən başqa bir xidmətləri olmayıb, həmçinin hərbçi yoldaşlarına qarşı xəyanət, satqınlıq, intriqalarla karyeralarında irəli getməyə çalışıblar. Rusiya, Fransa kimi ölkələrdə bəzi erməni hərbçilərinin müəyyən mövqe tutmalarında xristian təəssübkeşliyi də rol oynayıb. Ermənilər bu və digər ölkələrdə yüksək hərbi rütbələr alıblar, amma onların hansısa xüsusi bacarığı, qabiliyyəti ilə bağlı heç bir fakt məlum deyil. Çox təriflədikləri II Tiqrandı, onun da hərb sənətində bir adı yoxdu. Vardan Mamikonyandı, o da alban əsillidi, ermənilərin xəyanəti nəticəsində elə bir ciddi nəticəyə də nail ola bilməyib. Bütün orta əsrlər boyunca bir erməni sərkərdəsi də yetişdirə bilməyiblər. Çar Rusiyası dövründə ən məşhurları general Mədətovdu, o da dinc əhaliyə qarşı cəza əməliyyatları ilə “məşhur” olub. Andronik, Njde, Dro kimi fəxr etdikləri, abidələrini qoyduqları generallar isə, ümumiyyətlə, insanlıq adına ləkədirlər. Sovet dönəmindəki yüksək rütbəli zabitləri daha çox “dəftərxana generalları” səviyyəsində olublar. Daha çox tanınan Baqramyan isə hərbi göstəriciləri ilə deyil, intriqaları, özündən yuxarı vəzifəli şəxslərin, o cümlədən, azərbaycanlı zabitlərin “donos” və xəbərçiliklə gözdən salınması ilə məşhur olub. Son Qarabağ müharibəsində ermənilərin bir nəfər də olsun azdan-çoxdan fərqlənən hərbi rəhbəri olmayıb. Ermənilər hərb elminin tələblərinə cavab verən bir əməliyyat da həyata keçirə bilməyiblər. Çox öyündükləri Şuşa əməliyyatını ruslar hazırlayıb və həyata keçiriblər. “Komandos” deyib təriflədikləri Ter-Tatevosyan isə Şuşaya rus “ştıkları”nın üstündə girib. Erməni ordusuna bu gün çolaq Ohanyan rəhbərlik edir ki, onun da ən böyük “sərkərdəliyi” Xocalı qətliamında iştirakından ibarətdir. Mən azərbaycanlılarla erməniləri, onların qabiliyyət və bacarıqlarını, dünyagörüşlərini, tarixdə və indiki zamanda tutduqları yerləri müqayisə etmək fikrində deyiləm, bu, müqayisə olunan məsələlər deyil. Azərbaycanlılar 3 min il ərzində tarix yaradıblar, ermənilər isə kimlərinsə, o cümlədən bizlərin yaratdıqları tarixin küncündə-bucağında, kimlərinsə dünyanı fəth eləyən çəkmələrinin palçığı, çirki-çirkabı olaraq gəlib bu günə çıxıblar, bu gün də kiminsə yanında, böyründə, qoltuğundadırlar. Ona görə də, erməniləri nəinki azərbaycanlılarla, ümumiyyətlə kiminləsə müqayisə etmək böyük qəbahətdir. Amma hərdən müqayisə olunmayanları da müqayisə etmək zorunda qalırsan. Qısaca onu deyim ki, hələ ermənilərin olmadığı bir dönəmdə Azərbaycanın arattalı, kutili, lullubəyli sərkərdələri (e.ə III-II minillik) Ikiçayarasını nəzarətdə saxlayırdı, Manna sərkərdələri (e.ə VIII əsr) Assuriya hücumlarına qarşı dayanırdı. Azərbaycan hökmdarı Atropat Makedoniyalı İskəndərin yüksək dəyərləndirdiyi sərkərdələrdən olub, Urnayr Sasani imperiyasına qarşı bacarıqlı sərkərdə kimi vuruşub, Cavanşirin hərbi bacarığı Xilafət və Bizans hökmdarları tərəfindən qəbul edilib. Ermənilərin yox dərəcəsində olduqları orta əsrlərdə Azərbaycan xalqı Babək, Koroğlu kimi xalq sərkərdələrini, Atabəy Eldəniz, Qara Yusif, Uzun Həsən, Şah İsmayıl kimi dünya çaplı hərbi strateqləri yetişdirib. Rus imperiyasının işğalları dönəmində İbrahim xan, Hacı Çələbi xan, Fətəli xan, Cavad xan kimi sərkərdələr meydanda olub. Rusiya imperiyasının dini və milli diskriminasiyasına baxmayaraq, azərbaycanlılar rus ordusunda da yüksək mövqe tutub, Kəngərlinski, Naxçıvanski, Şıxlınski, Mehmandarov kimi generallar öz adlarını rus hərb tarixinə yazıblar. General Həzi Aslanov II Dünya müharibəsinin bacarıqlı strateqi kimi tanınıb. Birinci Qarabağ müharibəsində Valeh Bərşadlı, Məhəmməd Əsədov, Şirin Mirzəyev əsl sərkərdə kimi ad qazanıblar, onlarla komandir xüsusi qabiliyyətləri ilə fərqləniblər. Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalı erməni ordusunun adı ilə bağlı deyil. Ermənilərin hər hansı döyüşdə qalib gəlmək qabiliyyəti yoxdur. Torpaqların işğalını rus ordusu və xarici muzdlular həyata keçirib. Azərbaycan tərəfindən komandirlərin və əsgərlərin bacarıq və rəşadətinə baxmayaraq, ölkədaxili ictimai-siyasi böhran işğalçı qüvvələri dəf etməyə imkan verməyib. Məğlubiyyətə baxmayaraq, Azərbaycan Ordusunun bir sıra uğurlu müdafiə və hücum əməliyyatları məlumdur. Bunlara 1991-ci ilin Çaykənd, 1992-ci ilin Ağdərə, 1993-1994-cü illərin Beyləqan, Horadiz əməliyyatlarını göstərmək olar. Qısa tarixi ekskursdan sonra hazırkı şəraitin şərhinə keçirəm. Uzun fasilədən sonra Azərbaycanın hərbi əməliyyatlara başlaması və ərazilərimizi işğalçı qüvvələrdən təmizləməsi üçün tam əlverişli şərait yaranıb. Bu, ilk növbədə Azərbaycanın daxili imkanları ilə bağlıdır. Ordu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Ordu Azərbaycanda, həmçinin Türkiyə və digər xarici ölkələrdə təhsil almış hazırlıqlı zabitlərlə təmin edilib. Əsgərlərin fiziki, hərbi, mənəvi hazırlığına xüsusi diqqət yetirilir. Orduda, bəzi istisnalar nəzərə alınmazsa (bu cür istisnalar dünyanın istənilən ordusunda ola bilər), ciddi nizam-intizam yaradılıb. Silah-sursat, hərbi texnika cəhətdən Azərbaycanın üstünlüyü şəksizdir. Bunu xarici ekspertlər, beynəlxalq statistika qurumları da təsdiq edirlər. Hərbi xərclər görünməmiş həddə çatdırılıb, son 3 ildə rəsmi hərbi xərclər 10 milyard dollardan artıq olub. Qeyri-rəsmi xərclərin olduğu istisna edilmir. Hərbi əməliyyatların başlayacağı təqdirdə hərbi xərclərin ən azından 10 dəfə artırılması imkanları var. Müharibənin başlanması üçün beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. BMT Nizamnaməsinin 51-ci maddəsi bu hüququ Azərbaycana verir. Müharibə variantı üçün daxildə 2 xoşagəlməz məqam qeyd oluna bilər. Onlardan biri regionda müharibənin başlanmasını istəməyən iri dövlətlərin ölkədaxili bəzi siyasi qüvvələrdən istifadə etmək ehtimalı ilə bağlıdır. Bu cür siyasi qüvvələrin mövcudluğu istisna edilmir. Lakin onların neytrallaşdırılması mümkündür. Digər xoşagəlməz hal hakimiyyətin müharibə qərarına gələ bilməməsi, tərəddüd etməsi ilə bağlıdır. Mən bunu daha çox xarici təzyiqlərlə əlaqələndirirəm. Hakimiyyət xarici təzyiqlərin təsirinin azaldılması yollarını tapmalıdır. Ermənistan yeni müharibəyə hazır deyil və hər cəhdlə hərbi əməliyyatların yenidən başlanması perspektivindən qaçmağa çalışır. Ermənistan Azərbaycanla silahlanma yarışına davam gətirmək iqtidarında deyil, maliyyə və insan resursları çox aşağı səviyyədədir. Dağlıq Qarabağda və Ermənistanda əhalinin, o cümlədən orduya çağırışçılarının sayı durmadan azalır. Ermənistanda valideyinlər övladlarının hərbi xidmət keçmək üçün Dağlıq Qarabağa və Azərbaycanla sərhəd bölgələrinə getmələrinin qarşısını bütün vasitələrlə alırlar. Real müharibə təhlükəsi qarşısında bu proseslərin kütləvi hal alacağı şübhə doğurmur. İşğalçı Ermənistan ordusundan fərarilik halları artıq geniş miqyas alıb. Rusiyanın bütün dəstəyinə və imtiyazlı satış qiymətlərinə baxmayaraq, Ermənistan ordusu özünü yeni silah və texnika ilə təmin edə bilmir. Onların Ermənistandakı Rusiya hərbi bazalarına ümidləri də optimist olmalarına əsas vermir. Müxtəlif hərbi mənbələrin bildirdiyinə görə, Rusiyanın Ermənistandakı hərbi bazaları köhnə və o qədər də yararlı olmayan “az sayda silah, sursat anbarından” başqa bir şey deyildir. Bu şəraitdə Ermənistan yenidən müharibənin başlanmasını istəmir və bunun üçün beynəlxalq təşkilatların, böyük dövlətlərin dəstəyini qazanmağa çalışır. Ermənistan beynəlxalq rəydə belə bir fikri formalaşdırmağa çalışır ki, artıq müharibə qurtarıb, geriyə, müharibəyə qayıdış yolverilməzdir, müharibədən sonrakı vəziyyətin nizama salınması ilə məşğul olmaq lazımdır. Ermənilər özləri üçün isə hesab edirlər ki, Qarabağ münaqişəsinin birinci, qaynar, hərbi mərhələsini başa çatdırıblar, qələbə qazanıblar, indi münaqişənin ikinci mərhələsində qaynar fazanın bərpasına imkan verməməli və əldə etdiklərini, birinci fazanın nəticələrini müxtəlif vasitələrlə möhkəmləndirməli, prosesin geri dönməzliyini təmin etməlidirlər. Ermənilərin bu məqsədlə istifadə etdikləri ən müxtəlif vasitələri ümumi adla “xalq diplomatiyası” adlandırmaq olar. Buraya Azərbaycanda keçirilən beynəlxalq və regional tədbirlərdə erməni nümayəndələrinin iştirakı, Azərbaycanlıların Ermənistandakı tədbirlərə dəvət olunması, müxtəlif xarici ölkələrdə iki ölkənin nümayəndələrinin görüş və müzakirələrinin keçirilməsi, icmalararası görüşlərin təşkil olunması, beynəlxalq mərkəzlərin, fondların, ayrı-ayrı səfirliklərin və digər qurumların maliyyələşdirdikləri müştərək layihələrdə iştirakın təmin edilməsi və sair vasitələri daxil etmək olar. Ermənilər yaxşı bilirlər ki, hər belə tədbir Azərbaycan cəmiyyətində yumuşalmaya, barış əhvalına, mövcud reallıqla hesablaşmaq istəyinə, müharibə variantından imtina meyllərinə yol açır, Ermənistanda isə tam qələbəyə inamı artırır. Bu prosesin ən təhlükəli cəhəti ondan ibarətdir ki, ermənilər öz planlarını həyata keçirmək üçün xarici donorların vasitəsi ilə Azərbaycanda da özlərinə müttəfiqlər tapa bilirlər. Lakin Azərbaycanda bu prosesin əleyhdarları daha çox olduğuna görə ermənilərin və onların havadarlarının öz məqsədlərinə çatacaqları real deyil. İstənilən halda bu prosesin qarşısını almaq üçün ən təsirli vasitə müharibədir. Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün Ermənistanın özü ciddi maneə deyil. Azərbaycan asanlıqla və az vaxt ərzində Ermənistanın işğalçı qüvvələrini məğlub edə, bütün ərazilərimizdən qovub çıxara bilər. Məsələnin çətinliyi xarici amillərlə bağlıdır. Burada beynəlxalq təşkilatların və böyük dövlətlərin müdaxilə ehtimalları nəzərdə tutulur. Beynəlxalq təşkilatlardan BMT və NATO-nun mövqeləri təsirli ola bilər. Bu qurumların müharibə başlayacağı təqdirdə hərbi müdaxiləyə əl atacaqları inandırıcı deyil. Azərbaycan işğala qarşı öz ərazisində hərbi əməliyyat aparırsa, buraya beynəlxalq qurumların hərbi müdaxiləsi üçün heç bir beynəlxalq hüquqi baza yoxdur. Bunu beynəlxalq ekspertlər də dəfələrlə bəyan ediblər. Beynəlxalq qurumların Azərbaycana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edə biləcəkləri mümkündür. Bu isə Azərbaycan üçün o qədər də qorxulu deyil, daxili imkanları səfərbər etməklə sanksiyaların təsirini minimuma endirmək mümkündür. Üstəlik digər beynəlxalq qurumun-İslam Əməkdaşlıq Təşkilatının dəstəyinə də ümid etmək olar. Bu təşkilat son dövrdə Qarabağ məsələsi ilə bağlı daha təsirli və əməli mövqe tutur. Qarabağda müharibənin yenidən başlayacağı təqdirdə ABŞ və Avropa böyük ehtimalla müşahidəçi mövqe tutacaq və tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənəcəklər. Avropa İttifaqı və Avropa Şurası münaqişənin nizama salınması prosesindən tam kənardadırlar, məsələ ilə bağlı aydın mövqeləri yoxdur və hadisələrin gedişinə təsiretmə imkanlarına malik deyildirlər. Müharibənin başlanması ABŞ-ın bölgədə daha fəal mövqe tutmasına təkan verə, Rusiyanın hegemonluğuna son qoya bilər. Lakin heç bir beynəlxalq ekspert Vaşinqtonun hadisələrin gedişinə fəal müdaxilə edəcəyini proqnozlaşdırmır. Ağ Ev administrasiyası prezident seçkiləri ilində kəskin və təlatüm gətirə biləcək, suallar doğura biləcək addımlardan çəkinəcək. ABŞ Rusiyanın yeni bir qaynar məntəqəyə müdaxilə etməsində, yeni problemin içərisinə girməsində maraqlı olacaq. ABŞ ötən əsrin 90-cı illərindən sonra ilk dəfədir ki, Rusiyada şəraiti dəyişmək istiqamətində daha ciddi addımlar atmaq, mövcud siyasi rejimi dəyişdirmək və ya xeyli yumşaltmaq niyyətlərini aydın şəkildə nümayiş etdirir. Bunun üçün istənilən hadisə, o cümlədən Qarabağ münaqişəsinin yenidən alovlanması və Rusiyanın açıq müdaxiləsi katalizator rolunu oynaya bilər. Amerikada erməni lobbisinin təsir imkanları da xeyli zəifləyib. Prezidentliyə namizədlər uydurma “erməni soyqırımı” kartını əvvəlllər olduğu kimi o qədər də ciddi və davamlı şəkildə yada salmırlar.ABŞ rəsmiləri isə hətta bu “soyqırım” oyunlarına qarşı çıxmaqdan çəkinmirlər.Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ yeni Qarabağ müharibəsində tərəf tutmayacaq və müharibənin gedişində və sonunda yaranacaq yeni situasiyadan yararlanmağa çalışacaqdır. Yeni Qarabağ müharibəsində Azərbaycan üçün ən böyük təhlükə Rusiya amili ilə bağlıdır. Rusiya özü və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində birbaşa və ya dolayısı ilə hadisələrin gedişinə müdaxilə edə bilər. Lakin hazırki vəziyyətdə Rusiyanın hərbi müdaxilə imkanları o qədər də geniş deyil. Rusiya Avrasiya İttifaqı deyilən yeni regional inteqrasiya proseslərinə start verib. Azərbaycanla açıq qarşıdurma bu proseslərə əngəl törədə bilər. Bundan başqa Moskvanın Bakı ilə ciddi neft və qaz maraqları, Qəbələ RLS-i ilə bağlı istəkləri var. Azərbaycan hərbi əməliyyatları öz ərazisində başladığına, Ermənistan ərazisinə keçmədiyinə görə Kreml döyüş meydanına girmək üçün hüquqi bazaya malik olmayacaq və müdaxilə üçün ciddi bəhanələr axtarmalı olacaq. Rusiya Türkiyə ilə münasibətlərini korlamamaq üçün də Azərbaycana qarşı açıq hərbi müdaxilədən çəkinəcək. Rusiyanın məsələyə müdaxiləsi qarşısında ciddi hərbi-texniki problemlər də mövcuddur. Moskvanın Ermənistandakı hərbi bazaları geniş imkanlara malik, həmin bazanın möhkəmləndirilməsi oraya əlavə qüvvələrin gətirilməsi üçün isə quru yolu yoxdur, havadan Gürcüstan və ya İranın hərbi yüklər üçün dəhliz verəcəkləri mümkün deyil. Rusiya mənbələrinin yazdığına görə, həmin bazaların həm silah-sursatı, həm də yanacaq, sürtgü yağları ehtiyatları kifayət səviyyədə deyil, müharibə başlayandan bir həftə sonra ciddi çatışmamazlıqlar yarana bilər. Rusiyanın daxili-siyasi vəziyyəti də Azərbaycan üçün əlverişlidir. Hakimiyyətin dayaqları çox zəifləyib, hakimiyyətdəkilər özlərini əvvəlki kimi rahat hiss etmirlər. Müxalifət görünməmiş dərəcədə fəaldır, kütləvi sosial bazaya malikdir. Müxalifət iqtidarın istənilən yanlış addımından bəhrələnməyə hazırdır, geniş kütlələr də qığılcıma bənddir. Rusiyanın Qarabağda müharibəyə girməsi və ilk həlak olanların meyidlərinin gəlməsi müxalifət üçün də, kütlə üçün də belə bir qığılcım rolunu oynaya bilər. Ona görə də hakimiyyətin belə bir risqə gedəcəyi ağlabatan deyil. Beləliklə, Rusiya heç vaxt olmadığı kimi əli-qolu bağlı vəziyyətdədir. Bu vəziyyətdən yararlanmasaq, bir də şansımız çətin ola. Ötən əsrin 90-cı illərində ilk dəfə belə şansımız oldu, Rusiyada “it yiyəsini tanımırdı”, yararlana bilmədik. İndi də fürsəti əldən versək, tarix bunu bizə bağışlamayacaq. Regionda qonşuluq münasibətlərinin formalaşması baxımından da Azərbaycan əlverişli vəziyyətdədir. Ermənistan bütün yaxın qonşu dövlətlərlə düşmən və ya düşmənçiliyə yaxın vəziyyətdədir. Uzaq qonşulardan Rusiyanın Ermənistanın köməyinə gəlmək imkanı yuxarıda da qeyd etdiyim kimi, məhduddur, Azərbaycana qarşı açıq düşmənçiliyə keçməməsi üçün isə kifayət qədər tutarlı arqumentlər var. Ermənistan Cavaxetiya bölgəsində qızışıdırdığı separatçı hərəkat və bəzi kilsə xadimlərinin məsuliyyətsiz bəyanatları ilə Gürcüstanla da münasibətləri gərginləşdirib. Digər tərəfdən, Gürcüstanın Azərbaycanla bağlı ciddi, bəzən həyatı maraqlarının olması iki ölkə arasında müttəfiqliyi labüd edir, Gürcüstanda yarım milyondan artıq etnik Azərbaycanlının yaşaması da həlledici rol oynayır. İranın Ermənistanla bu günkü əməkdaşlığı ötəri və qısa müddətli xarakter daşıyır. Müharibə başlayacağı təqdirdə İranda yaşayan milyonlarla azərbaycanlının mövqeyi və əhval-ruhiyyəsi həlledici olacaq. İran rəhbərliyinin özünün də Ermənistanı dəstəkləyəcəyi inandırıcı deyil. Türkiyənin rolunu xüsusi qeyd etmək istəyirəm. Regionun güclü dövləti olmaqla onun mövqeyi hər şeyi həll edəcəkdir. Türkiyə rəhbərliyinin Ermənistanla münasibətləri yumşaltmaq cəhdlərinə baxmayaraq, ermənilər münasibətlərin daha da pisləşməsi üçün hər şeyi ediblər. Türkiyə Azərbaycanın təbii müttəfiqidir. Amma Qarabağ müharibəsində Türkiyənin daha bir addım atması istəniləndir. Türkiyənin son dövrdə yeritdiyi müstəqil siyasət, bir sıra regionlarda ciddi oyunçuya çevrilməsi göstərir ki, NATO-daki üzvlüyü onun bəzi məqamlarda sərbəst siyasət yeritməsinə mane olmur. Türkiyə Azərbaycanla açıq və konkret strateji əməkdaşlığa keçməli, gizli deyil, açıq dəstək verməli, Azərbaycanın hərbi müttəfiqi kimi çıxış etməlidir. Rusiya Ermənistanı hansı səviyyədə dəstəkləyirsə, Türkiyə də Azərbaycana münasibətdə eyni mövqeni sərgiləməlidir. Bu, Rusiya amilinin neytrallaşdırılması üçün vacibdir. Rusiya açıq şəkildə Ermənistanın tərəfində olmayacaqsa, Türkiyənin də müharibəyə müdaxiləsinə ehtiyac yoxdur, Azərbaycan Ermənistanı az vaxt ərzində diz çökdürmək gücündədir. Türkiyə Azərbaycanın hərbi müttəfiqi kimi mövqeyini açıq şəkildə bildirərsə, Rusiya müharibəyə müdaxilə etməkdən çəkinəcəkdir. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan istənilən halda, hətta Türkiyə və Rusiya ilə bağlı amillərin olub-olmamasından asılı olmayaraq işğalçı Ermənistana qalib gəlməyə qadirdir. Azərbaycan beynəlxalq təşkilatların, böyük dövlətlərin “ağıllı olmağa”, hərb yolundan imtina etməyə, yalnız sülh yoluna sadiq qalmağa yönəlik çağırışlarına boş verməli,qulaqardına vurmalıdır. Bu çağırışlar Azərbaycanı torpaq itkisi ilə razı salmağa yönəlib. Azərbaycan yaranmış vəziyyətdən, əlverişli məqamdan yararlanmalı, ləngimədən hərbi əməliyyatlara başlamalı, Şuşa və Xankəndinə qədər bütün ərazilərə nəzarəti özünə qaytarmalı, dövlət sərhədlərini bərpa etməlidir. Və yalnız bundan sonra beynəlxalq təşkilatların, böyük dövlətlərin sülh çağırışlarına diqqət və hörmətlə yanaşmaq olar.

Hiç yorum yok:

Yorum Gönder