10 Mayıs 2012 Perşembe

Dağlıq Qarabağın və ətraf rayonların erməni işğalından hərbi yolla azad edilməsi üçün əlverişli daxili və xarici şərait yetişib. Ermənistan ordusu heç vaxt xüsusi döyüş qabiliyyəti, fərdi və kollektiv qəhrəmanlıq nümunələri, strateji və taktiki bacarığı ilə seçilməyib. Ermənilərin bütün hərbi tarixi qorxaqlıq, xəyanət, başıpozuqluq, arxadan zərbə nümunələri ilə zəngindir, tarix ermənilərin hardasa, hansı döyüşdəsə qələbə çalması ilə bağlı məlumata malik deyil. Ermənilər həmişə kiminsə himayəsinə sığınmış, ya da kimlərinsə sifarişini yerinə yetirərək dinc əhalinin üzərinə yerimiş, kütləvi qətliamlar törətmişlər. Tarix bir nəfər də olsun həqiqi erməni sərkərdəsini tanımır, Çar Rusiyası və Sovet imperiyası dönəmində yüksək hərbi rütbə alan ermənilərin dinc əhaliyə qarşı qəddar cəza əməliyatlarının keçirilməsindən başqa bir xidmətləri olmayıb, həmçinin hərbçi yoldaşlarına qarşı xəyanət, satqınlıq, intriqalarla karyeralarında irəli getməyə çalışıblar. Rusiya, Fransa kimi ölkələrdə bəzi erməni hərbçilərinin müəyyən mövqe tutmalarında xristian təəssübkeşliyi də rol oynayıb. Ermənilər bu və digər ölkələrdə yüksək hərbi rütbələr alıblar, amma onların hansısa xüsusi bacarığı, qabiliyyəti ilə bağlı heç bir fakt məlum deyil. Çox təriflədikləri II Tiqrandı, onun da hərb sənətində bir adı yoxdu. Vardan Mamikonyandı, o da alban əsillidi, ermənilərin xəyanəti nəticəsində elə bir ciddi nəticəyə də nail ola bilməyib. Bütün orta əsrlər boyunca bir erməni sərkərdəsi də yetişdirə bilməyiblər. Çar Rusiyası dövründə ən məşhurları general Mədətovdu, o da dinc əhaliyə qarşı cəza əməliyyatları ilə “məşhur” olub. Andronik, Njde, Dro kimi fəxr etdikləri, abidələrini qoyduqları generallar isə, ümumiyyətlə, insanlıq adına ləkədirlər. Sovet dönəmindəki yüksək rütbəli zabitləri daha çox “dəftərxana generalları” səviyyəsində olublar. Daha çox tanınan Baqramyan isə hərbi göstəriciləri ilə deyil, intriqaları, özündən yuxarı vəzifəli şəxslərin, o cümlədən, azərbaycanlı zabitlərin “donos” və xəbərçiliklə gözdən salınması ilə məşhur olub. Son Qarabağ müharibəsində ermənilərin bir nəfər də olsun azdan-çoxdan fərqlənən hərbi rəhbəri olmayıb. Ermənilər hərb elminin tələblərinə cavab verən bir əməliyyat da həyata keçirə bilməyiblər. Çox öyündükləri Şuşa əməliyyatını ruslar hazırlayıb və həyata keçiriblər. “Komandos” deyib təriflədikləri Ter-Tatevosyan isə Şuşaya rus “ştıkları”nın üstündə girib. Erməni ordusuna bu gün çolaq Ohanyan rəhbərlik edir ki, onun da ən böyük “sərkərdəliyi” Xocalı qətliamında iştirakından ibarətdir. Mən azərbaycanlılarla erməniləri, onların qabiliyyət və bacarıqlarını, dünyagörüşlərini, tarixdə və indiki zamanda tutduqları yerləri müqayisə etmək fikrində deyiləm, bu, müqayisə olunan məsələlər deyil. Azərbaycanlılar 3 min il ərzində tarix yaradıblar, ermənilər isə kimlərinsə, o cümlədən bizlərin yaratdıqları tarixin küncündə-bucağında, kimlərinsə dünyanı fəth eləyən çəkmələrinin palçığı, çirki-çirkabı olaraq gəlib bu günə çıxıblar, bu gün də kiminsə yanında, böyründə, qoltuğundadırlar. Ona görə də, erməniləri nəinki azərbaycanlılarla, ümumiyyətlə kiminləsə müqayisə etmək böyük qəbahətdir. Amma hərdən müqayisə olunmayanları da müqayisə etmək zorunda qalırsan. Qısaca onu deyim ki, hələ ermənilərin olmadığı bir dönəmdə Azərbaycanın arattalı, kutili, lullubəyli sərkərdələri (e.ə III-II minillik) Ikiçayarasını nəzarətdə saxlayırdı, Manna sərkərdələri (e.ə VIII əsr) Assuriya hücumlarına qarşı dayanırdı. Azərbaycan hökmdarı Atropat Makedoniyalı İskəndərin yüksək dəyərləndirdiyi sərkərdələrdən olub, Urnayr Sasani imperiyasına qarşı bacarıqlı sərkərdə kimi vuruşub, Cavanşirin hərbi bacarığı Xilafət və Bizans hökmdarları tərəfindən qəbul edilib. Ermənilərin yox dərəcəsində olduqları orta əsrlərdə Azərbaycan xalqı Babək, Koroğlu kimi xalq sərkərdələrini, Atabəy Eldəniz, Qara Yusif, Uzun Həsən, Şah İsmayıl kimi dünya çaplı hərbi strateqləri yetişdirib. Rus imperiyasının işğalları dönəmində İbrahim xan, Hacı Çələbi xan, Fətəli xan, Cavad xan kimi sərkərdələr meydanda olub. Rusiya imperiyasının dini və milli diskriminasiyasına baxmayaraq, azərbaycanlılar rus ordusunda da yüksək mövqe tutub, Kəngərlinski, Naxçıvanski, Şıxlınski, Mehmandarov kimi generallar öz adlarını rus hərb tarixinə yazıblar. General Həzi Aslanov II Dünya müharibəsinin bacarıqlı strateqi kimi tanınıb. Birinci Qarabağ müharibəsində Valeh Bərşadlı, Məhəmməd Əsədov, Şirin Mirzəyev əsl sərkərdə kimi ad qazanıblar, onlarla komandir xüsusi qabiliyyətləri ilə fərqləniblər. Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının işğalı erməni ordusunun adı ilə bağlı deyil. Ermənilərin hər hansı döyüşdə qalib gəlmək qabiliyyəti yoxdur. Torpaqların işğalını rus ordusu və xarici muzdlular həyata keçirib. Azərbaycan tərəfindən komandirlərin və əsgərlərin bacarıq və rəşadətinə baxmayaraq, ölkədaxili ictimai-siyasi böhran işğalçı qüvvələri dəf etməyə imkan verməyib. Məğlubiyyətə baxmayaraq, Azərbaycan Ordusunun bir sıra uğurlu müdafiə və hücum əməliyyatları məlumdur. Bunlara 1991-ci ilin Çaykənd, 1992-ci ilin Ağdərə, 1993-1994-cü illərin Beyləqan, Horadiz əməliyyatlarını göstərmək olar. Qısa tarixi ekskursdan sonra hazırkı şəraitin şərhinə keçirəm. Uzun fasilədən sonra Azərbaycanın hərbi əməliyyatlara başlaması və ərazilərimizi işğalçı qüvvələrdən təmizləməsi üçün tam əlverişli şərait yaranıb. Bu, ilk növbədə Azərbaycanın daxili imkanları ilə bağlıdır. Ordu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Ordu Azərbaycanda, həmçinin Türkiyə və digər xarici ölkələrdə təhsil almış hazırlıqlı zabitlərlə təmin edilib. Əsgərlərin fiziki, hərbi, mənəvi hazırlığına xüsusi diqqət yetirilir. Orduda, bəzi istisnalar nəzərə alınmazsa (bu cür istisnalar dünyanın istənilən ordusunda ola bilər), ciddi nizam-intizam yaradılıb. Silah-sursat, hərbi texnika cəhətdən Azərbaycanın üstünlüyü şəksizdir. Bunu xarici ekspertlər, beynəlxalq statistika qurumları da təsdiq edirlər. Hərbi xərclər görünməmiş həddə çatdırılıb, son 3 ildə rəsmi hərbi xərclər 10 milyard dollardan artıq olub. Qeyri-rəsmi xərclərin olduğu istisna edilmir. Hərbi əməliyyatların başlayacağı təqdirdə hərbi xərclərin ən azından 10 dəfə artırılması imkanları var. Müharibənin başlanması üçün beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. BMT Nizamnaməsinin 51-ci maddəsi bu hüququ Azərbaycana verir. Müharibə variantı üçün daxildə 2 xoşagəlməz məqam qeyd oluna bilər. Onlardan biri regionda müharibənin başlanmasını istəməyən iri dövlətlərin ölkədaxili bəzi siyasi qüvvələrdən istifadə etmək ehtimalı ilə bağlıdır. Bu cür siyasi qüvvələrin mövcudluğu istisna edilmir. Lakin onların neytrallaşdırılması mümkündür. Digər xoşagəlməz hal hakimiyyətin müharibə qərarına gələ bilməməsi, tərəddüd etməsi ilə bağlıdır. Mən bunu daha çox xarici təzyiqlərlə əlaqələndirirəm. Hakimiyyət xarici təzyiqlərin təsirinin azaldılması yollarını tapmalıdır. Ermənistan yeni müharibəyə hazır deyil və hər cəhdlə hərbi əməliyyatların yenidən başlanması perspektivindən qaçmağa çalışır. Ermənistan Azərbaycanla silahlanma yarışına davam gətirmək iqtidarında deyil, maliyyə və insan resursları çox aşağı səviyyədədir. Dağlıq Qarabağda və Ermənistanda əhalinin, o cümlədən orduya çağırışçılarının sayı durmadan azalır. Ermənistanda valideyinlər övladlarının hərbi xidmət keçmək üçün Dağlıq Qarabağa və Azərbaycanla sərhəd bölgələrinə getmələrinin qarşısını bütün vasitələrlə alırlar. Real müharibə təhlükəsi qarşısında bu proseslərin kütləvi hal alacağı şübhə doğurmur. İşğalçı Ermənistan ordusundan fərarilik halları artıq geniş miqyas alıb. Rusiyanın bütün dəstəyinə və imtiyazlı satış qiymətlərinə baxmayaraq, Ermənistan ordusu özünü yeni silah və texnika ilə təmin edə bilmir. Onların Ermənistandakı Rusiya hərbi bazalarına ümidləri də optimist olmalarına əsas vermir. Müxtəlif hərbi mənbələrin bildirdiyinə görə, Rusiyanın Ermənistandakı hərbi bazaları köhnə və o qədər də yararlı olmayan “az sayda silah, sursat anbarından” başqa bir şey deyildir. Bu şəraitdə Ermənistan yenidən müharibənin başlanmasını istəmir və bunun üçün beynəlxalq təşkilatların, böyük dövlətlərin dəstəyini qazanmağa çalışır. Ermənistan beynəlxalq rəydə belə bir fikri formalaşdırmağa çalışır ki, artıq müharibə qurtarıb, geriyə, müharibəyə qayıdış yolverilməzdir, müharibədən sonrakı vəziyyətin nizama salınması ilə məşğul olmaq lazımdır. Ermənilər özləri üçün isə hesab edirlər ki, Qarabağ münaqişəsinin birinci, qaynar, hərbi mərhələsini başa çatdırıblar, qələbə qazanıblar, indi münaqişənin ikinci mərhələsində qaynar fazanın bərpasına imkan verməməli və əldə etdiklərini, birinci fazanın nəticələrini müxtəlif vasitələrlə möhkəmləndirməli, prosesin geri dönməzliyini təmin etməlidirlər. Ermənilərin bu məqsədlə istifadə etdikləri ən müxtəlif vasitələri ümumi adla “xalq diplomatiyası” adlandırmaq olar. Buraya Azərbaycanda keçirilən beynəlxalq və regional tədbirlərdə erməni nümayəndələrinin iştirakı, Azərbaycanlıların Ermənistandakı tədbirlərə dəvət olunması, müxtəlif xarici ölkələrdə iki ölkənin nümayəndələrinin görüş və müzakirələrinin keçirilməsi, icmalararası görüşlərin təşkil olunması, beynəlxalq mərkəzlərin, fondların, ayrı-ayrı səfirliklərin və digər qurumların maliyyələşdirdikləri müştərək layihələrdə iştirakın təmin edilməsi və sair vasitələri daxil etmək olar. Ermənilər yaxşı bilirlər ki, hər belə tədbir Azərbaycan cəmiyyətində yumuşalmaya, barış əhvalına, mövcud reallıqla hesablaşmaq istəyinə, müharibə variantından imtina meyllərinə yol açır, Ermənistanda isə tam qələbəyə inamı artırır. Bu prosesin ən təhlükəli cəhəti ondan ibarətdir ki, ermənilər öz planlarını həyata keçirmək üçün xarici donorların vasitəsi ilə Azərbaycanda da özlərinə müttəfiqlər tapa bilirlər. Lakin Azərbaycanda bu prosesin əleyhdarları daha çox olduğuna görə ermənilərin və onların havadarlarının öz məqsədlərinə çatacaqları real deyil. İstənilən halda bu prosesin qarşısını almaq üçün ən təsirli vasitə müharibədir. Azərbaycanın hərbi əməliyyatlara başlaması üçün Ermənistanın özü ciddi maneə deyil. Azərbaycan asanlıqla və az vaxt ərzində Ermənistanın işğalçı qüvvələrini məğlub edə, bütün ərazilərimizdən qovub çıxara bilər. Məsələnin çətinliyi xarici amillərlə bağlıdır. Burada beynəlxalq təşkilatların və böyük dövlətlərin müdaxilə ehtimalları nəzərdə tutulur. Beynəlxalq təşkilatlardan BMT və NATO-nun mövqeləri təsirli ola bilər. Bu qurumların müharibə başlayacağı təqdirdə hərbi müdaxiləyə əl atacaqları inandırıcı deyil. Azərbaycan işğala qarşı öz ərazisində hərbi əməliyyat aparırsa, buraya beynəlxalq qurumların hərbi müdaxiləsi üçün heç bir beynəlxalq hüquqi baza yoxdur. Bunu beynəlxalq ekspertlər də dəfələrlə bəyan ediblər. Beynəlxalq qurumların Azərbaycana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq edə biləcəkləri mümkündür. Bu isə Azərbaycan üçün o qədər də qorxulu deyil, daxili imkanları səfərbər etməklə sanksiyaların təsirini minimuma endirmək mümkündür. Üstəlik digər beynəlxalq qurumun-İslam Əməkdaşlıq Təşkilatının dəstəyinə də ümid etmək olar. Bu təşkilat son dövrdə Qarabağ məsələsi ilə bağlı daha təsirli və əməli mövqe tutur. Qarabağda müharibənin yenidən başlayacağı təqdirdə ABŞ və Avropa böyük ehtimalla müşahidəçi mövqe tutacaq və tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənəcəklər. Avropa İttifaqı və Avropa Şurası münaqişənin nizama salınması prosesindən tam kənardadırlar, məsələ ilə bağlı aydın mövqeləri yoxdur və hadisələrin gedişinə təsiretmə imkanlarına malik deyildirlər. Müharibənin başlanması ABŞ-ın bölgədə daha fəal mövqe tutmasına təkan verə, Rusiyanın hegemonluğuna son qoya bilər. Lakin heç bir beynəlxalq ekspert Vaşinqtonun hadisələrin gedişinə fəal müdaxilə edəcəyini proqnozlaşdırmır. Ağ Ev administrasiyası prezident seçkiləri ilində kəskin və təlatüm gətirə biləcək, suallar doğura biləcək addımlardan çəkinəcək. ABŞ Rusiyanın yeni bir qaynar məntəqəyə müdaxilə etməsində, yeni problemin içərisinə girməsində maraqlı olacaq. ABŞ ötən əsrin 90-cı illərindən sonra ilk dəfədir ki, Rusiyada şəraiti dəyişmək istiqamətində daha ciddi addımlar atmaq, mövcud siyasi rejimi dəyişdirmək və ya xeyli yumşaltmaq niyyətlərini aydın şəkildə nümayiş etdirir. Bunun üçün istənilən hadisə, o cümlədən Qarabağ münaqişəsinin yenidən alovlanması və Rusiyanın açıq müdaxiləsi katalizator rolunu oynaya bilər. Amerikada erməni lobbisinin təsir imkanları da xeyli zəifləyib. Prezidentliyə namizədlər uydurma “erməni soyqırımı” kartını əvvəlllər olduğu kimi o qədər də ciddi və davamlı şəkildə yada salmırlar.ABŞ rəsmiləri isə hətta bu “soyqırım” oyunlarına qarşı çıxmaqdan çəkinmirlər.Bütün bunlar onu deməyə əsas verir ki, ABŞ yeni Qarabağ müharibəsində tərəf tutmayacaq və müharibənin gedişində və sonunda yaranacaq yeni situasiyadan yararlanmağa çalışacaqdır. Yeni Qarabağ müharibəsində Azərbaycan üçün ən böyük təhlükə Rusiya amili ilə bağlıdır. Rusiya özü və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində birbaşa və ya dolayısı ilə hadisələrin gedişinə müdaxilə edə bilər. Lakin hazırki vəziyyətdə Rusiyanın hərbi müdaxilə imkanları o qədər də geniş deyil. Rusiya Avrasiya İttifaqı deyilən yeni regional inteqrasiya proseslərinə start verib. Azərbaycanla açıq qarşıdurma bu proseslərə əngəl törədə bilər. Bundan başqa Moskvanın Bakı ilə ciddi neft və qaz maraqları, Qəbələ RLS-i ilə bağlı istəkləri var. Azərbaycan hərbi əməliyyatları öz ərazisində başladığına, Ermənistan ərazisinə keçmədiyinə görə Kreml döyüş meydanına girmək üçün hüquqi bazaya malik olmayacaq və müdaxilə üçün ciddi bəhanələr axtarmalı olacaq. Rusiya Türkiyə ilə münasibətlərini korlamamaq üçün də Azərbaycana qarşı açıq hərbi müdaxilədən çəkinəcək. Rusiyanın məsələyə müdaxiləsi qarşısında ciddi hərbi-texniki problemlər də mövcuddur. Moskvanın Ermənistandakı hərbi bazaları geniş imkanlara malik, həmin bazanın möhkəmləndirilməsi oraya əlavə qüvvələrin gətirilməsi üçün isə quru yolu yoxdur, havadan Gürcüstan və ya İranın hərbi yüklər üçün dəhliz verəcəkləri mümkün deyil. Rusiya mənbələrinin yazdığına görə, həmin bazaların həm silah-sursatı, həm də yanacaq, sürtgü yağları ehtiyatları kifayət səviyyədə deyil, müharibə başlayandan bir həftə sonra ciddi çatışmamazlıqlar yarana bilər. Rusiyanın daxili-siyasi vəziyyəti də Azərbaycan üçün əlverişlidir. Hakimiyyətin dayaqları çox zəifləyib, hakimiyyətdəkilər özlərini əvvəlki kimi rahat hiss etmirlər. Müxalifət görünməmiş dərəcədə fəaldır, kütləvi sosial bazaya malikdir. Müxalifət iqtidarın istənilən yanlış addımından bəhrələnməyə hazırdır, geniş kütlələr də qığılcıma bənddir. Rusiyanın Qarabağda müharibəyə girməsi və ilk həlak olanların meyidlərinin gəlməsi müxalifət üçün də, kütlə üçün də belə bir qığılcım rolunu oynaya bilər. Ona görə də hakimiyyətin belə bir risqə gedəcəyi ağlabatan deyil. Beləliklə, Rusiya heç vaxt olmadığı kimi əli-qolu bağlı vəziyyətdədir. Bu vəziyyətdən yararlanmasaq, bir də şansımız çətin ola. Ötən əsrin 90-cı illərində ilk dəfə belə şansımız oldu, Rusiyada “it yiyəsini tanımırdı”, yararlana bilmədik. İndi də fürsəti əldən versək, tarix bunu bizə bağışlamayacaq. Regionda qonşuluq münasibətlərinin formalaşması baxımından da Azərbaycan əlverişli vəziyyətdədir. Ermənistan bütün yaxın qonşu dövlətlərlə düşmən və ya düşmənçiliyə yaxın vəziyyətdədir. Uzaq qonşulardan Rusiyanın Ermənistanın köməyinə gəlmək imkanı yuxarıda da qeyd etdiyim kimi, məhduddur, Azərbaycana qarşı açıq düşmənçiliyə keçməməsi üçün isə kifayət qədər tutarlı arqumentlər var. Ermənistan Cavaxetiya bölgəsində qızışıdırdığı separatçı hərəkat və bəzi kilsə xadimlərinin məsuliyyətsiz bəyanatları ilə Gürcüstanla da münasibətləri gərginləşdirib. Digər tərəfdən, Gürcüstanın Azərbaycanla bağlı ciddi, bəzən həyatı maraqlarının olması iki ölkə arasında müttəfiqliyi labüd edir, Gürcüstanda yarım milyondan artıq etnik Azərbaycanlının yaşaması da həlledici rol oynayır. İranın Ermənistanla bu günkü əməkdaşlığı ötəri və qısa müddətli xarakter daşıyır. Müharibə başlayacağı təqdirdə İranda yaşayan milyonlarla azərbaycanlının mövqeyi və əhval-ruhiyyəsi həlledici olacaq. İran rəhbərliyinin özünün də Ermənistanı dəstəkləyəcəyi inandırıcı deyil. Türkiyənin rolunu xüsusi qeyd etmək istəyirəm. Regionun güclü dövləti olmaqla onun mövqeyi hər şeyi həll edəcəkdir. Türkiyə rəhbərliyinin Ermənistanla münasibətləri yumşaltmaq cəhdlərinə baxmayaraq, ermənilər münasibətlərin daha da pisləşməsi üçün hər şeyi ediblər. Türkiyə Azərbaycanın təbii müttəfiqidir. Amma Qarabağ müharibəsində Türkiyənin daha bir addım atması istəniləndir. Türkiyənin son dövrdə yeritdiyi müstəqil siyasət, bir sıra regionlarda ciddi oyunçuya çevrilməsi göstərir ki, NATO-daki üzvlüyü onun bəzi məqamlarda sərbəst siyasət yeritməsinə mane olmur. Türkiyə Azərbaycanla açıq və konkret strateji əməkdaşlığa keçməli, gizli deyil, açıq dəstək verməli, Azərbaycanın hərbi müttəfiqi kimi çıxış etməlidir. Rusiya Ermənistanı hansı səviyyədə dəstəkləyirsə, Türkiyə də Azərbaycana münasibətdə eyni mövqeni sərgiləməlidir. Bu, Rusiya amilinin neytrallaşdırılması üçün vacibdir. Rusiya açıq şəkildə Ermənistanın tərəfində olmayacaqsa, Türkiyənin də müharibəyə müdaxiləsinə ehtiyac yoxdur, Azərbaycan Ermənistanı az vaxt ərzində diz çökdürmək gücündədir. Türkiyə Azərbaycanın hərbi müttəfiqi kimi mövqeyini açıq şəkildə bildirərsə, Rusiya müharibəyə müdaxilə etməkdən çəkinəcəkdir. Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan istənilən halda, hətta Türkiyə və Rusiya ilə bağlı amillərin olub-olmamasından asılı olmayaraq işğalçı Ermənistana qalib gəlməyə qadirdir. Azərbaycan beynəlxalq təşkilatların, böyük dövlətlərin “ağıllı olmağa”, hərb yolundan imtina etməyə, yalnız sülh yoluna sadiq qalmağa yönəlik çağırışlarına boş verməli,qulaqardına vurmalıdır. Bu çağırışlar Azərbaycanı torpaq itkisi ilə razı salmağa yönəlib. Azərbaycan yaranmış vəziyyətdən, əlverişli məqamdan yararlanmalı, ləngimədən hərbi əməliyyatlara başlamalı, Şuşa və Xankəndinə qədər bütün ərazilərə nəzarəti özünə qaytarmalı, dövlət sərhədlərini bərpa etməlidir. Və yalnız bundan sonra beynəlxalq təşkilatların, böyük dövlətlərin sülh çağırışlarına diqqət və hörmətlə yanaşmaq olar.
1.3 Məhsulun, gəlir və xərclərin dövr etməsi İqtisadi agentlərin davranışının daha tipik xüsussiyyətlərinin və iqtisadi bazarların fəaliyyətinin daha əhəmiyyətli qanunauyğunluqlarının aydınlaşdırılması makroiqtisadi qarşılıqlı əlaqələri ümumiləşdirməyə - yəni makroiqtisadi agentlərin makroiqtisadi bazarlarda davranışının qanunauyğunluqlarını tədqiq etməyə imkan verir. Bu isə məhsulun, gəlir və xərclərin dövr etməsi modelinin köməyilə hayata keçirilir. Əvvəlcə iki makroiqtisadi agentdən (ev təsərrüfatları və firmalar) və iki bazardan (əmtəə və xidmətlər bazarı, iqtisadi resurslar bazarı) ibarət olan iqtisadiyyatın iki sektorlu modelinə nəzər salaq (şək. 1.1). Firmaların istehsal elədiyi və bazarlara çıxardıqları əmtəə və xidmətlər (əmtəə və xidmətlərin, yəni məcmu məhsulun təklifini təmin edirlər) ev təsərrüfatları tərəfindən əldə olunur (əmtəə və xidmətlərə tələb təqdim edirlər). Əmtəə və xidmətləri istehsal etmək üçün firmalar iqtisadi resursları - əməyi, torpağı, kapitalı və sahibkarlıq qabiliyyətini onların sahibi olan ev təsərrüfatlarından əldə edirlər. Maddi axınlar pul axınları vasitəsilə ifadə edilir. Ev təsərrüfatları əmtəə və xidmətlərə görə pul ödəyərək firmaları satışdan əldə olunan gəlirlə (revenue) təmin edirlər, sonuncular isə, öz növbəsində, bu gəliri ev təsərrüfatlarına faktor gəlirləri, yəni : əmək haqqı (əmək faktoruna görə); renta (torpaq faktoruna görə); faiz (kapital faktoruna görə); mənfəət (sahibkarlıq qabiliyyəti faktoruna görə) şəklində ödəyirlər Ev təsərrüfatları əldə etdikləri gəliri əmtəə və xidmətlərin alınmasına sərf edirlər. Beləliklə, gəlir və xərclər dairə üzrə hərəkət edir. Hər bir iqisadi agentin gəliri xərclənərkən başqa iqtisadi agentə gəlir yaradaraq onun xərclərinin əsasını təşkil edir. Xərclərin artırılması gəlirlərin artmasına gətirib çıxarır, gəlirlərin artması isə gələcək xərclərin artırılmasına zəmin yaradır. Məhz buna görə model dövr etmə (dövri- axın) modeli adı almışdır. Maddi axınlar saat əqrəbinə əks istiqamətdə, pul axınları isə saat əqrəbi istiqamətində hərəkət edirlər. Satışdan əldə olunn gəlir Əmtəələrə və iqtisadi resurslara olan tələb - saat əqrəbi istiqamətində, təklif isə - İqtisadiyyatın iki sektorlu modelinin təhlilindən irəli gəlir ki: - hər bir maddi axının dəyəri pul axının kəmiyyətinə bərəbərdir; - məcmu məhsulun (buraxılışın həcminin) dəyəri məcmu (milli) gəlirin kəmiyyətinə bərabərdir; - məcmu xərclər (məcmu tələb) məcmu buraxılışa (məcmu təklifə) bərabərdir. - məcmu gəlir məcmu xərclərə bərabərdir. Ev təsərrüfatları səmərəli hərəkət edərək gəlirlərini əmtəə və xidmətlərin alınmasına tam xərcləmiyərək, onların bir qismini qənaət edib saxlayır və bu əmanətlər (saving - S) gəlir gətirməlidir. Firmalar isə istehsalın genişləndirilməsi və təmin edilməsi üçün əlavə vəsaitlərə, yəni kredit vəsaitlərinə ehtiyac duyurlar. Bu maliyyə bazarının yaranmasına zəmin yaradır və bu bazarda ev təsərrüfatlarının əmanətləri firmaların investisya resurslarına çevrilir (şəkil 1.2). Bu iki yolla baş verir: 1. ev təsərrüfatları öz əmanətlərini maliyyə vasitəçilərinə (ilk növbədə banklara) verir, firmalar isə onlardan kredit alır; 2. ev təsərrüfatları öz əmanətlərini firmalar tərəfindən buraxılan qiymətli kağızların alınmasına yönəldərək, onları birbaşa investisya resursları ilə təmin edir. Şəkil:1.2. Maliyyə bazarı daxil olmaqla, iqtisadiyyatın iki sektorlu modelində məhsulun, gəlir və xərclərin dövr etməsi. Birinci halda ev təsərrüfatları ilə firmalar arasında əlaqə pul bazarı vasitəsilə, ikinci halda isə bilavasitə qiymətli kağızlar bazarı vasitəsilə təyin edilir. Maliyyə bazarında əldə edilən vəsaitləri firmalar investisiya mallarının, ilk növbədə avadanlığın alınmasına sərf edirlər. Ev təsərrüfatlarının, əmtəə və xidmətlərin alınmasına görə istehlak xərcləri (consumption spending - C) firmaların investisya xərcləri ilə (investment spendig - İ) tamamlanır. Məcmu gəlir və məcmu məhsul arasındakı bərabərlik saxlandığından, makroiqtisadiyyatda hər iki göstərici eyni hərf ilə işarə edilir – Y (yield). Məcmu məhsulun həcmi məcmu xərclərin cəminə (expenditures - E) bərabərdir: Y = E İqtisadiyyatın iki sektorlu modelində məcmu xərclər ev təsərrüfatlarının istehlak xərclərindən (C) və firmaların investisya xərclərindən (İ): E = C+ I məcmu gəlir isə - istehlakdan (C) və əmanətlərdən (S) ibarətdir: Y = С + S Məcmu xərclərin (E) məcmu gəlirə (Y) bərabər olduğunu nəzərə alsaq С + I = С + S, investisyalar da əmanətlərə bərabərdir: I = S İnvestisya və əmanətlərin iqtisadiyyatda oynadığı rol müxtəlifdir. İnvestisyalar iqtisadiyyatda inyeksiya (injections) kimi, əmanətlər isə iqtisadiyyatdan müsadirə etmə kimi qəbul edilir. İnyeksiya - xərclərin axınını və beləliklə də, gəlirləri (istehlak xərcləri istisna olmaqla, çünki onlar nə inyeksiyalara nə də müsadirələrə aid edilmir) artıran hər bir şeydir. Müsadirələr - xərclərin axınını və beləliklə də gəlirləri azaldan hər bir şeydir. İnvestisyaların artması məcmu xərcləri (məcmu tələbi) artırır, istehlakçıları əlavə gəlirlərlə təmin edir, məcmu məhsulun (buraxılışın) artırılmasını stimullaşdırır. Əmanətlərin artması məcmu xərcləri azaldır və istehsalın azalmasına gətirib çıxara bilər. Tarazlı iqtisadiyyatda inyeksiyalar müsadirələrə bərabərdir. Təhlilə dövlətin daxil edilməsi iqtisadiyyatın iki sektorlu modelini üç sektorlu modelə çevirir və yeni makroiqtisadi əlaqələrin yaranmasından xəbər verir (şəkil:1.3). Birincisi, dövlət əmtəə və xidmətlərin tədarükünü edir (governement spendig-G) ki, bu da iqtisadiyyatın dövlət sektorunun saxlanmasının, ictimai nemətlərin istehsalının təmin edilməsinin, iqtisadiyyatın tənzimlənməsi və ölkənin idarə edilməsi üzrə funksiyaların yerinə yetirilməsinin zəruriliyi ilə bağlıdır. Bununla bərabər dövlət qulluqçularının əmək haqqı resurslar bazarında iqtisadi resursa görə ödəniş kimi deyil, əmtəə və xidmətlər bazarında xidmətə görə ödəniş kimi qəbul edilir. Əmtəə və xidmətlərin dövlət tədarükü iqtisadiyyatda istehsal edilən məhsula olan məcmu tələbi, yəni məcmu xərcləri artırır. İkincisi, dövlət hamını vergilərin ödənilməsinə məcbur edir (taxes-Tx). Bununla bərabər, dövlət milli gəlirin yenidən bölüşdürücüsü rolunda çıxış edərək, nəinki vergiləri yığır, hətta transfertləri də ödəyir (transfer payments - Tr). Transfertlər - ev təsərrüfatları və firmaların dövlətdən təmənnasız aldıqları ödəmələrdir. Dövlətin ev təsərrüfatlarına transfert ödəmələri təqaüdlərdən, pensiyalardan, işsizliyə görə müavinətlərdən, yoxsulluğa görə müavinətlərdən və s. müxtəlif sosial ödəmələrdən ibarətdir. Dövlətin firmalara transfert ödəmələri – subsidyalardır (subsidies). Üçüncüsü, dövlət büdcəsinin vəziyyətindən asılı olaraq dövlət maliyyə bazarında kreditor, yaxud borcalan kimi çıxış edə bilər. Əgər dövlətin xərcləri (dövlət tədarükü + transfertlər) dövlətin gəlirlərini üstələyirsə (vergiləri), yəni dövlət büdcəsinin kəsiri mövcuddursa, dövlət öz xərclərini ödəmək üçün borcalan kimi çıxış edərək maliyyə bazarından borc pul almalıdır. Buna görə o, dövlət istiqrazları buraxaraq onları qiymətli kağızlar bazarında ev təsərrüfatlarına satır. Ev təsərrüfatları əmanətlərinin bir qismini dövlət istiqrazlarının alınmasına sərf edir və dövlətə xərclərinin bir hissəsini ödəməyə imkan yaradır, yəni dövlət büdcəsinin kəsirini maliyyələşdirirlər. Bununla bərabər, dövlət öz istiqrazlarına görə ev təsərrüfatlarına faiz ödəyərək onları satınalma üçün cazibədar edir. Dövlət istiqrazlarına görə faizlərin ödənilməsi ev təsərrüfatlarının gəlirlərini artırır, lakin dövlət büdcəsinin xərcləri hesab olunur və dövlət borcunun xidmətinə görə xərclər adlanır. Əgər dövlətin gəlirləri onun xərclərini üstələyirsə, yəni dövlət büdcəsinin profisiti baş verirsə, dövlət, maliyyə bazarında özəl firmaların qiymətli kağızlarını alaraq kreditor kimi çıxış edə bilər. İqtisadiyyatın iki sektorlu modeli üçün edilən nəticələr üç sektorlu model üçün də qüvvədədir, yəni məcmu məhsul məcmu gəlirə, inyeksiyalar isə müsadirələrə bərabərdir. Lakin məcmu xərclər indi üç kompenentdən: istehlakdan (C), investisyalardan (İ) və dövlət tədarükündən (G) ibarətdir: Е = C + I + G, məcmu gəlir isə istehlaka (C), əmanətlərə (S) və xalis vergilərə(T) bölünür: Y = C + S + T Xalis vergilər - vergilərin (Tx) və transfertlərin (Tr) fərqindən ibarətdir: Т = Тх – Тr Əmtəə və xidmətlərin dövlət tədarükü - inyeksiya, xalis vergilər isə xərclər və gəlirlər axınından müsadirə olduğuna görə onların bərabərlik düsturu aşağıdakı şəkili alır: I + G = S + T Üç sektorlu modelin təhlili (iqtisadiyyatın qapalı modeli) göstərir ki, faktor gəlirlərinin cəmi, yəni iqtisadi resursların sahibləri tərəfindən (ev təsərrüfatlarının) qazanılan milli (məcmu) gəlir sərəncamda olan gəlirdən (disposal income - Yd), yəni ev təsərrüfatlarının öz istəyinə görə xərclədiyi gəlirdən fərqlənir. Sərəncamda olan gəlir milli gəlirdən ev təsərrüfatları tərəfindən dövlətə ödənilən vergilərin kəmiyyətinə (Tx) və dövlət tərəfindən ev təsərrüfatlarına ödənilən transfertlərin kəmiyyətinə (Tr) görə fərqlənir. Ona görə də sərəncamda olan gəliri almaq üçün milli gəlirdən vergiləri çıxıb və transfertləri əlavə etmək: Yd = Y - Tx + Tr və ya xalis vergiləri (T) çıxmaq lazımdır: Yd = Y – T Sərəncamda olan gəliri ev təsərrüfatları istehlaka (istehlak xərcləri) və əmanətə istifadə edir: Yd = C + S Dövr etmə modelinə xarici sektorun daxil edilməsi iqtisadiyyatın dörd sektorlu modelinə (şək. 1.4) - açıq iqtisadiyyatın modelinə gətirib çıxarır. Bu milli iqtisadiyyatın digər ölkələrin iqtisadiyatları ilə qarşılıqlı əlqalələrinin uçotunun zəruriliyini göstərir ki, bu da ilk növbədə əmtəə xidmətlərinin beynəlxalq ticarətinin, yəni onların ixracı və idxalının həyata keçirilməsi yolu ilə baş verir. Modeldə yalnız pul axınları əks olunduğundan ixrac (Ex) dedikdə - ixracdan əldə olunan gəlir, idxal dedikdə (İm) isə idxala görə xərclər başa düşülür. İxracla idxalın nisbəti ticarət balansında əks olunur. Əgər idxala görə xərclər ixraca görə gəlirləri üstələyirsə (İm > Ex) bu ticarət balansının kəsirinə uyğundur. Ticarət balansının kəsirinin maliyyələşdirilməsi xarici borcun hesabına baş verir və aşağdakı yollarla həyata keçirilə bilər: 1) əcnəbilərə maliyyə aktivlərinin satılması (dövlət və xüsusi qiymətli kağızlar - səhm və istiqrazların) və onların ödənilməsi nəticəsində ölkəyə pul vəsaitlərinin daxil olması ilə; 2) başqa ölkələrdən və Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və s. beynəlxalq maliyyə təşkilatlardan birbaşa borcların alınmsı ilə. Nəticədə ölkənin maliyyə bazarına xarici sektordan kapital axını adlanan pul vəsaitləri daxil olur və ölkə borcalan kimi çıxış edir. Əgər ixracdan əldə olunan gəlir idxala görə xərcləri üstələyərsə (Ex>Im) bu, ticarət balansının profisiti deməkdir. Bu halda ölkədən kapitalın axını baş verir, çünki, əcnəbilər ölkəyə öz maliyyə aktivlərini sataraq (kredit götürürlər) ixracın ödənilməsi üçün lazimi pul vəsaitləri alırlar. Bu halda ölkə kreditor kimi çıxış edir. Şəkil:1.4. İqtisadiyyatın dörd sektorlu modelində məhsulun, gəlir və xərclərin dövr etməsi Dörd sektorlu modeldə (açıq iqtisadiyyatın modelində) gəlir və xərclərin bərabərliyi saxlanılır. Xalis ixrac (net export - Xn) adlanan və ixracla idxalın fərqinə bərabər olan (Xn = Ex - Im) xarici sektorun xərclərini nəzərə alaraq bütün makroiqtisadi agentlərin xərclərinə bərabər olan məcmu xərclərin: Е = C + I + G + Xn və məcmu gəlirin düsturunu yazmaq olar: Y = C + S + T Məcmu xərclərlə məcmu gəlirin bərabərliyini (E = Y) nəzərə alsaq: C + I + G + Xn = C + S + T Bu düstur əsas makroiqtisadi bərabərlik adlanır. Əlavə olaraq, məcmu buraxılışın (məcmu məhsulun) dəyəri məcmu xərclərin kəmiyyətinə bərabərdir: Y = Е= C + I + G + Xn Əsas makroiqtisadi bərabəlikdən inyeksiya və müsadirələrin bərabərlik düsturunu almaq üçün nəzərə almaq lazımdır ki, xalis ixrac göstəricisində inyeksiya kimi xarici sektorun ölkənin məhsuluna olan xərclərini (tələbi) əks etdirən yəni, məcmu xərclərin bir hissəsi olan və gəlir və xərclərin axınını artıran ixrac və ölkənin (ev təsərrüfatlarının) məcmu gəlirlərinin bir hissəsinin xarici sektora axınını və beləliklə də, daxili xərcləri azaldan müsadirə - idxal içtirak edir. Ona görə də iqtisadiyyatın dörd sektorlu modeli üçün bu düstur aşağdakı şəkildə olacaqdır: I + G + Ex = S + T + Im Dövr etmə modeli iqtisadiyyatda olan bütün qarşılıqlı əlaqələri və asılılıqları əks etdirir. Beləliklə, makroiqtisadiyyatın predmetinin tərifini daha dəqiq vermək olar: makroiqtisadiyyat - makroiqtisadi bazarlarda makroiqtisadi agentlərin davranış qanunauyğunluqlarını öyrənir. 1.4 Makroiqtisadi modellər və onların göstəriciləri Makroiqtisadi proseslər modellərin qurulması əsasında öyrənilir. Makroiqtisadi moldellər - iqtisadi proses və hadisələr arasında əsas qarşılıqlı əlaqələrin aşkar edilməsi məqsədilə onların formalaşdırılmış (qrafiki və ya cəbri) təsviridir. Modelin qurulması üçün tədqiq olunan prosesin daha vacib xüsusiyyətlərı seçilərək, tədqiqat üçün əhəmiyyəti olmayan amillərdən ayrılır (abstraklaşır). Beləliklə, model – iqtisadi proseslərin inkişafının əsas qanunauyğunluqlarının aşkar edilməsinə və iqtisadi artım, inflyasiya, işsizlik və s. kimi mürəkkəb makroiqtisadi problemlərin həlli variantlarını işləyib hazırlamağa imkan verən həqiqətin sadələşdirilmiş əksidir. Makroiqtisadi modellər - makroiqtisadi kəmiyyətlər arasında qarşılıqlı əlaqələri, iqtisadi hadisələr arasında səbəb - nəticə əlaqələrini aşkar edən nəzəriyyə, funksiya, qrafik, sxem, cədvəl şəklində çıxış edə bilər. Modellərdə iki növ dəyişənləri fərqləndirirlər: ekzogen və endogen. Ekzogen dəyişənlər - qiyməti modeldən kənarda formalaşan, kənardan daxil olan dəyişənlərdir. Ekzogen dəyişənlər modeldə müstəqil kəmiyyət kimi çıxış edir. Endogen dəyişənlər - qiyməti modelin daxilində formalaşan dəyişənlərdir. Bu asılı dəyişənlərdir. Model ekzogen göstəricilərin dəyişməsinin endogen göstəricilərin dəyişməsinə təsirini göstərməyə imkan verir (şək. 1.5). Şək.1.5. Model və onun dəyişənləri Məsələn, istehlak funksiyasında (modelində) С = С (Yd), Burada C -məcmu istehlak xərcləri, Yd - sərəncamda olan gəlir, Yd -ekzogen dəyişən, C - endogen dəyişəndir. Bu modelin köməyi ilə sərəncamda olan gəlirin dəyişməsi istehlak xərclərinin nə dərəcədə dəyişməsini tədqiq etməyə imkan verir. İstehlak - asılı kəmiyyət (funksiya), sərəncamda olan gəlir isə - müstəqil kəmiyyət (funksiyanın arqumenti) kimi çıxış edir. Müxtəlif modellərdə eyni bir kəmiyyət həm ekzogen, həm də endogen ola bilər. Belə ki, istehlak modelində istehlak xərcləri (C)-endogen (asılı) kəmiyyət, yəni məcmu buraxılışı və məcmu gəliri təyin edən kəmiyyət kimi çıxış edir. Qeyd etmək lazımdır ki, siyasi dəyişənlər adlanan dövlət idarəçiliyi göstəriciləri bir istisna kimi çıxış edir. Bir qayda olaraq makroiqtisadi modellərdə əmtəə və xidmətlərin dövlət tədarükü, akkord vergilər, vergi dərəcələri, transfertlər, faizin ucot dərəcəsi, məcburi ehtiyatlar norması, pul kütləsi kimi göstəricilər ekzogen dəyişənlərdir. Makroiqtisadi dəyişənlərin vacib xüsusiyyəti onların iki qrupa - axınlar və ehtiyat göstəricilərinə bölünməsidir. Axınlar və ehtiyatlar anlayışları klassik misalda göstərilmişdir (şək. 1.6). Qabda olan suyun miqdarı – eytiyatdır, çünki bu onun hazırda olan miqdarıdır, krandan daxil olan su isə axındır, yəni vahid zaman ərzində qaba daxil olan və onun ehtiyatını dəyişən sudur. Axın (flow) - müəyyən zaman ərzində (makroiqtisadiyyatda, bir qayda olaraq, il ərzində) kəmiyyəti xarakterizə edən göstəricidir. Axın göstəricilərinə aiddir: il ərzində hesablanan məcmu buraxılış, məcmu gəlir, istehlak, investisyalar, dövlət büdcəsinin kəsiri (profisiti), ixrac və s. Dövr etmə modelində əks olunan bütün göstəricilər - axınlardır. Ehtiyat (stock) - müəyyən konkret vaxtda, müəyyən tarixə (məsələn, 1 yanvar 2007-ci il) olan miqdarı xarakterizə edən göstəricidir. Ehtiyat göstəricilərinə aiddir: milli sərvət, şəxsi sərvət, kapital ehtiyatı, işsizlərin sayı, istehsal potensialı, dövlət borcu və s. Makroiqtisadi göstəricilər həmçinin absolyut və nisbi göstəricilərə bölünür. Absolyut göstəricilər pulla (dəyərlə) (məsələn, məcmu buraxılış, milli gəlir, vergi daxilolmaları, məcmu investisya xərcləri və s.) və ya insanların sayı ilə (işsizlərin ümumi sayı, işçi qüvvəsinin sayı və s.) ifadə olunur. Nisbi göstəricilər faizlə və ya vahiddə pay ilə ölçülür (məsələn, işsizliyin səviyyəsi, qiymətlərin ümumi səviyyəsi, inflyasiyanın tempi, iqtisadi artım tempi, faiz dərəcəsi, vergi dərəcəsi və s.) Mövzu 2 Əsas makroiqtisadi göstəricilər. Milli hesablar sistemi 2.1. Milli hesablar sistemi və onun göstəriciləri Əsas makroiqtisadi göstəricilər Milli hesablar sisteminin tərkibinə daxildir. Milli hesablar sistemi (tam adı Milli məhsul və gəlirin hesabları Sistemi – System of National Product and Income Accounts) 1920-ci illərin sonunda Nobel mükafatı laureatı (1968-ci il) Saymon Kuznetsin rəhbərliyi altında Milli iqtisadi tədqiqatlar bürosunun bir qrup amerika alimləri tərəfindən işlənib hazırlanmışdır. İkinci dünya müharibəsindən sonra dünya ölkələrinin əksəriyyəti BMT-nin tövsiyələri əsasında Milli Hesablar Sisteminə daxil edilmiş makroiqtisadi göstəricilərin hesablanması metodikasını istifadə etməyə başlamışlar ki, bu da müxtəlif ölkələr üzrə makroiqtisadi müqayisələrin aparılmasına imkan verir. Milli hesablar sistemi – məcmu məhsul (buraxılış) və məcmu gəlirin həcmini xarakterizə edən və ölkə iqtisadiyyatının vəziyyətini qiymətləndirməyə imkan verən statistik makroiqtisadi göstəricilərin məcmusudur. Məcmu buraxılış və məcmu gəlirin əsas göstəriciləri aşağıdakılardır: ümumi daxili məhsul (ÜDM), ümumi milli məhsul (ÜMM), xalis daxili məhsul (XDM), Xalis milli məhsul (XMM), milli gəlir (MG), şəxsi gəlir (ŞG), sərəncamda olan şəxsi gəlir (SŞG). MHS-nin nəzəri əsasını məhsulun, gəlir və xərclərin dövr etmə modeli təşkil tdir. 1980-cı illərin sonunadək məcmu buraxılışın həcmini xarakterizə edən əsas göstərici kimi ümumi milli məhsul çıxış edirdi. Lakin müasir şaraitdə iqtisadi və təsərrüfat münasibətlərin beynəlmiləşməsi ilə əlaqədar olaraq və ümumim milli məhsulun hesablanmasında çətinnliklərin olması ılə bağlı (bu da onunla izah olunur ki, hər bir ölkənin milli istehsal faktorları bir çox dünya ölkələrində istifadə olunur) məcmu buraxılışın əsas göstəricisi ümumi daxili məhsul qəbul edilmişdir. 2.2. Ümumi daxili məhsul Ümumi daxili məhsul (Gross Domestic Product – GDP) – il ərzində iqtisadiyyatda (ölka daxilində) istehsal edilmiş bütün son əmtəə və xidmətlərin məcmu bazar dəyəridir. Bu tərifin təhlilə ehtiyacı var. - Məcmu. ÜDM – istehsalın ümumi həcmini, məcmu buraxılışı xarakterizə edən ümumiləşdirici göstəricidir. - Bazar. ÜDM-un dəyərinə yalnız rəsmi bazar sövdələşmələri, yəni alqı-satqı prosesini və rəsmi qeydiyyatdan keçmiş sövdələşmələr daxil edilir. Ona görə də ÜDM-ə daxil edilmir: - özünə işləmək (insan özü üçün ev tikir, mənzilini təmir edir, öz avtomobilini və ya televizorunu təmir edir və s.); - təmənnasız əmək fəaliyyəti (məsələn, təmənnasız yardım: qonşunun çəpərini təmir etmək, dostun mənzilini təmir etmək və s.); - gizli iqtisadiyyat tərəfindən istehsal edilən əmtəə və xidmətlərin dəyəri. Gizli yolla istehsal olunan məhsulların satışı bazar sövdələrin olmasına baxmayaraq rəsmi qeydiyyatdan keçmir və milli statistik və vergi orqanlar tərəfindən uçota alınmır. Beləliklə, gizli iqtisadiyyata nəinki qeyri-qanuni fəaliyyət növləri (narkobiznes, kazinilar), hətta tam leqal fəaliyyət göstərən, lakin əldə elədiyi mənfəətdən vergi ödəməyən fəaliyyət növləri də aid edilir. Belə “iqtisadiyyat sektorunun” istehsal həcmi inkişaf etmiş ölkələrdə məcmu buraxılışın 1/3-dən 1/2-dək təşkil edir. Gizli iqtisadiyyatın payının qiymətləndirilməsi üçün birbaşa hesablama metodları olmadıqdan dolayı metodlardan istifadə olunur. Belə metodlara rəsmi istehsalın təmini üçün lazımi elektrik enerjidən əlavə enerjinin istifadəsini və rəsmi sövdələrin xidmətinə görə ayrılan pul kütləsindən əlavə pulun tədavülə buraxılmasını aid etmək olar. - Dəyər. ÜDM istehsalın məcmu həcmini pul ifadəsində (dəyər formasında) ölçür, əks halda almaları avtomobillərlə, kompüterlərlə, yaxud bərbər xidmətini stomotoloq xidmətilə toplamaq mümkün olmazdı. Pul əmtəə və xidmətlərin dəyər ölçüsü olaraq iqtisadiyyatda istehsal olunan bütün müxtəlif əmtəə və xidmətlər növlərinin dəyərlərini müəyyən etməyə imkan verir. - Son məhsul. İqtisadiyyatda istehsal olunan bütün məhsul – son və aralıq məhsuldan ibarətdir. Son məhsul (final goods) – hər bir makroiqtisadi agentin son istehlakına sərf olunan və sonradan təkrar işlənməsi və ya təkrar satılması nəzərdə tutulmayan məhsuldur. Aralıq məhsul (intermediate goods) sonrakı istehsal prosesinə və ya təkrar satışa göndərilir. Aralıq məhsula xammal, materiallar, yarımfabrikatlar və s. aid edilir. Lakin istifadə etmə üsulundan asılı olaraq eyni bir əmtəə həm aralıq, həm də son məhsul ola bilər. Məsələn, evdar qadının dolma üçün aldığı ət son istehlaka sərf olunduğuna görə son məhsul hesab olunur, “Makdonalds” restoranının aldığı ət isə - aralıq məhsuldur, çünki emal olduqdan sonra son məhsul olan çizburqerin tərkibinə daxil edilir. Yalnız son məhsulun dəyərinin ÜDM-a daxil edilməsi təkrar (ikili) hesabdan (double accountinq) qaçınmağa imkan verir. Məsələn, avtomobilin dəyəri dəmirin dəyərindən, poladın dəyərindən və prokatın dəyərindən ibarətdir. Bu səbəbdən də bütün təkrar satışlar da ÜDM-un tərkibinə daxil edilmir, çünki onların dəyəri son istehlakçının ilk satınalması zamanı artıq qeydə alınmışdır. Əmtəənin son və ya aralıq məhsul olmasını ilk baxışdan müəyyən edilməsi mümkün olmadıqdan, son məhsulun dəyəri bilavasitə hesablana bilməz və o, əlavə dəyərə (value added) görə hesablanır. Bu üsul son məhsulun məcmu dəyərinin məcmu əlavə dəyərə bərabər olmasına əsaslanır. Bunu misalda göstərək (cədv.2.1). Fərz edək ki, fermer taxılı becərərək onu 5 manata dəyirmançıya, o isə, öz növbəsində, taxılı üyüdərək aldığı unu 8 manata çörəkçiyə satır. Çörəkçi undan xəmir yoğuraraq çörək bişirib və çörək satana 17 manata satır ki, o da çörəyi alıcıya 25 manata satır. Dəyirmançı üçün taxıl, çörəkçi üçün un, çörək satan üçün çörək – aralıq məhsuldur, alıcıya satılan çörək isə - son məhsuldur. Cədvəl 2.1. Əlavə dəyərin müəyyən edilməsi Satı şla rın dəyəri, man. Aralıq məhsulun dəyəri, man. Əlavə dəyər, man. Taxıl 5 0 5 Un 8 5 3 Xəmir 17 8 9 Çörək 25 17 8 Cəmi 55 30 25 Hər bir istehsalçı (firma) tərəfindən əlavə edilmiş dəyər satışdan əldə edilən gəlirlə digər istehsalçılardan (firmalardan) satın alınmış xammal və materialların dəyəri (aralıq məhsul) arasında olan fərqdir ki, bu da hər istehsalçının (firmanın) məcmu buraxılışının həcminə olan xalis qoyuluşdur. Firmanın əlavə dəyəri = Satışdan əldə edilən gəlir - digər firmalardan satın alınmış xammal və materialların dəyəri Firmanın bütün daxili xərcləri (əmək haqqı, amortizasiya, kapitalın icarəsi, mənzillərin icarəsi və s.) və həmçinin firmanın mənfəəti əlavə dəyərə daxi edilir. Göstərdiyimiz misalda fermer tərəfindən əlavə edilmiş dəyər 5 manata (5-0=5), dəyirmançı tərəfindən – 3 manata (8-5=3), çörəkçi tərəfindən – 9 manata (17-8=9), çörək satan tərəfindən – 8 manata (25-17=8) bərabərdir. Məcmu əlavə dəyər, yəni bütün istehsalçılar tərəfindən əlavə edilmiş dəyər 25 manat (5+3+9+8=25) təşkil edir və son istehlakçının ödədiyi dəyərə (son məhsulun dəyərinə) bərabərdir. Buna görə də ÜDM-un hesablanmasında son məhsulun dəyəri əlavə dəyərə görə hesablanır və iqtisadiyyatda bütün istehsalçılar (firmalar) tərəfindən əlavə edilən dəyərlərin cəmi kimi: Son məhsulun məcmu dəyəri = Bütün firmaların əlavə etdiyi dəyər və ya iqtisadiyyatda bütün satın alınların dəyərilə (total output) aralıq məhsulun məcmu dəyəri arasinda fərq kimi təsvir edilə bilər: Son məhsulun məcmu dəyəri = məcmu əlavə dəyər = bütün satın alınların dəyəri - aralıq məhsulun məcmu dəyəri - Əmtəə və xidmətlərin. Əmtəə və xidmətlərə mübadilə edilməyən ödəmələrin hamısı ÜDM-un dəyərində nəzərə alinmır. Belə ödəmələrə transfert ödəmələri və qeyri-məhsuldar (maliyyə) sövdələr aid edililir. Transfert ödəmələri (transfert payments) – xüsusi və dövlət ödəmələrinə bölünür və hədiyyəyə bənzəyir. Xüsusi transfertlər – xüsusi şəxslərin bir-birinə elədiyi ödəmələr və hədiyyələrdir (məsələn, valideyinlərin – övladlarına, qohumların – bir-birinə və s.). Dövlət transfertləri – dövlətin sosial təminat sistemi üzrə ev təsərrüfatlarına və subsidiya formasında firmalara ödəmələridir. Transfertlər aşağıdakı səbəblərə görə ÜDM-un dəyərinə daxil edilmir: - belə ödəmələrin nəticəsində yeni heç bir şey (nə əmtəə, nə də xidmət) istehsal edilmir və yalnız məcmu gəlirin yenidən bölgüsü baş verir; - transfert ödəmələri ev təsərrüfatlarının istehlak xərclərinə (bu onların sərəncamda olan gəlirinin bir hissəsidir) və firmaların investisiya xərclərinə (subsidiya formasında) daxil edilir. Maliyyə sövdələrinə (financial transactions) fond bazarında qiymətli kağızların (səhm və istiqrazların) alqısı və satqısı aig edilir. Qiymətli kağızlar əmtəə və xidmətlərin ödənilməsində istifadə olunmadığına görə belə sövdələr ÜDM-in həcmini dəyişmir və iqtisadi agentlər arasında vəsaitlərin bölgüsünün nəticəsi kimi cıxış edirlər. Lakin onu da nəzərə almaq lazımdır ki, xüsusi firmaların qiymətli kağızlarının satışından ələdə olunan gəlir ÜDM-in dəyərinə daxil edilir, çünki iqtisadi resursa görə ödəmə, yəni amil gəliri, milli gəlirin bir hissəsi hesab olunur. - İqtisadiyyatda (ölkə daxilində) istehsal edilən. Məhz buna görə ümumi daxili məhsul –ÜDM (Gross Domestic Product) ümumi milli məhsuldan – ÜMM (Gross National Product) fərqlənir. ÜDM – müəyyən ölkə ərazisində istehsal olunan (əhəmiyyəti yoxdur -milli və ya xarici istehsal amillərinin köməyi ilə) bütün son əmtəə və xidmətlərin məcmu bazar dəyəridir. ÜDM-i təyin edərkən ərazi faktoru meyar kimi nəzərə alınır. ÜMM isə - ölkə vətəndaşları tərəfindən onlara məxsus olan (milli) istehsal amilləri vasitəsilə (əhəmiyyəti yoxdur –ölkə ərazisində və ya başqa ölkələrdə) bütün son əmtəə və xidmətlərin məcmu bazar dəyəridir. ÜMM-i müəyyən edərkən milli mənsubiyyət faktoru əsas amil kimi çıxış edir. İnkişaf etmiş ölkələrin əksəriyyətində ÜDM -in həcmi ilə ÜMM-in həcmi arasında fərq 1%-dən çox deyil. Kəmiyyətcə ÜDM ÜMM-dən xaricdən daxil olan xalis amil gəlirinin (net property income from abroad) həcminə görə fərqlənir. Xalis amil gəliri (XAG) – ölkə vətəndaşlarının digər ölkələrdə milli amillərin (iqtisadi resursların) istifadəsi nəticəsində əldə etdikləri və qazandıqları gəlirlə ölkə ərazisində əcnəbilər tərəfindən onlara məxsus (xarici) amillərin istifadəsi nəticəsində əldə olunan gəlir arasında olan fərqdir: Makroiqtisadiyyat dərsliklərinin bəzilərində - xarici faktorlara görə əldə olunan xalis gəlir – XFXG (net foreign property income) göstəricisindən istifadə olunur. XFXG – ölkə ərazisində əcnəbilər tərəfindən əldə olunan gəlirlə ölkə vətəndaşları tərəfindən ölkədən kənarda əldə olunan gəlir arasında olan fərqdir. Bu göstərici mənfi işarə ilə xaricdən daxil olan xalis amil gəlirinə bərabərdir: XFXG = – XAG - Bir il ərzində. Bu şərtə görə müəyyən ildə istehsal olunmayan əmtəələr ÜDM-in hesablanması zamanı nəzərə alınmır, çünri uyğun illərin ÜDM-in dəyərində artıq nəzərə alinmışlar. Beləliklə, ÜDM-in müəyyən edilməsi zamanı əsas prisiplər aşağıdakılardır: - ikiqat (təkrar) hesaba yol verilməməsi; - gəlirlərin yenidən bölgüsünün nəticəsini deyil, yalnız məcmu buraxılışın həcmini dəyişən hər nəyin nəzərə alınması; - yalnız müəyyən ildə istehsal olunan məhsulun dəyərinin əks edilməsi.
Makroiqtisadi bazarlar Bazarların ümumiləşdirilməsi onların hər birinin fəaliyyətinin qanunauyğunluqlarının aşkar edilməsi, o cümlədən: - bazarların hər birində tələb və təklifin formalaşması xüsusiyyətlərinin və onların tarazlığı şərtlərinin tətqiqi; - tələb və təklifin nisbəti əsasında tarazlq qiymətin və tarazlıq həcmin müəyyən edilməsi; - bazarların hər birində tarazlığın dəyişməsinin nəticələrinin təhlili məqsədilə həyata keçirilir. Bazarların ümumiləşdirilməsi dörd makroiqtisadi bazarın seçilməsinə imkan verir: - əmtəə və xidmətlər bazarı; - maliyyə bazarı (maliyyə aktivləri bazarı); - iqtisadi resurslar bazarı; - valyuta bazarı. Ümumiləşdirilmiş əmtəə və xidmətlər bazarı (goods market) iqtisadiyyatda istehsal olunan müxtəlif əmtəələrdən abstraklaşmanı (yayınmanı) və həmin bazarın fəaliyyətində daha vacib qanunauyğunluqların seçilməsini, yəni əmtəə və xidmətlərə olan tələb və təklifin formalaşmasını nəzərdə tutur. Əmtəə və xidmətlərə tələb bütün makroiqtisadi agentlər tərəfindən təqdim edilir, onların təklifini isə firmalar təmin edir. Tələb və təklifin qarşılıqlı münasibəti əmtəə və xidmətlərin tarazlı qiymət səviyyəsini (price level-P) və onların istehsalının tarazlı həcmini (real output-Y) təhlil etməyə imkan verir. Əmtəə və xidmətlər bazarında real aktivlərin (real dəyərlərin) alqı-satqısı baş verdikdən bu bazar həmçinin real bazarı adlandırılır. Maliyyə bazarı (financial assets market) - maliyyə aktivlərinə tələb təqdim edilən və onların təklifi təmin edilən bazardır. Maliyyə bazarı pul bazarından (money market) və qiymətli kağızlar bazarından (bonds market) ibarətdir. Pul bazarı - pul maliyyə aktivləri, qiymətli kağızlar bazarı isə - qeyri-pul maliyyə aktivləri bazarıdır. Pul bazarında alqı-satqı prosesi baş verməsə də, (pulu pul ilə almağın mənasızlığı səbəbindən) makroiqtisadi təhlil üçün pul bazarının fəaliyyətinin qanunauyğunluqlarının, pula tələbin və pulun təklifinin formalaşmasının tədqiqi olduqca vacibdir. Pula olan tələb bütün daxili makroiqtisadi agentlər (ev təsərrüfatları, firmalar və dövlət) tərəfindən təqdim edilir, pulun təklifini isə pulun tədavülündə inhisarçı hüququ olan milli bank təmin edir. Pul bazarının, onun tarazlıq şərtlərinin öyrənilməsi pulun qiyməti kimi çıxış edən tarazlı faiz dərəcəsinin (interest rate-K) və pul kütləsinin tarazlı həcmini müəyyən etməyə və həmçinin pul bazarında tarazlığın dəyişməsinin nəticələrinin və onun əmtəə və xidmətlər bazarında təsirini nəzərdən keçirməyə imkan verir. Pul bazarında əsas vasitəçi kimi pul əmanətlərini qəbul edən və kreditləri verən banklar çıxış edir. Qiymətli kağızlar bazarında səhm və istiqrazların alqı-satqısı baş verir. Səhm - onun sahibinin firmaının mənfəətinin 1 hisssəsini dividend şəkilində almaq və firmanın idarə edilməsində iştirak etmək hüququnu təsdiqləyən müddətsiz (yəni, ödənilmə müddəti olmayan və onu buraxan firmanın fəaliyyət göstərdiyi qədər ömrü olan) qiymətli kağızdır. İstiqraz vərəqəsi- müddətli qiymətli kağızdır (yəni, müəyyən müddətə məsələn, bir ilə, 5 ilə və s. buraxılan), onun alıcısı isə kreditor kimi çıxış edir. İstiqraz vərəqəsi onun sahibinə firmanın fəaliyyətində səhmdar kimi iştirak etmək hüququ verməsə də, lakin istiqraz vərəqəsində göstərilən məbləği və bu məbləğdən müəyyən edilmiş faizi almaq, ödəmə vaxtı gəldikdə isə - istiqrazın nominal dəyərini qaytarmaq hüququ verir. Qiymətli kağızların ilk əvvəl alıcıları - gəlir əldə etmək məqsədi ilə öz əmanətlərini sərf edən ev təsərrüfatlarıdır. Səhmlərin satıcıları (emitentləri) - firmalar, istiqrazların satıcıları isə firmalar və dövlətdir. Firmalar öz investisya xərclərinin maliyyələşdirilməsi və istehsalın həcminin genışləndirilməsi məqsədi ilə səhm və istiqrazları, dövlət isə dövlət büdcəsinin kəsirini maliyyələşdirmək məqsədilə istiqrazları buraxır. İqtisadi resurslar bazarı (resource market) makroiqtisadi modellərdə əmək bazarı ilə (labour market) təmsil olunur. Əmək bazarının fəaliyyətinin qanunauyğunluqları (əməyə olan tələbin və əməyin təklifinin formalaşması) qısamüddətli dövrdə makroiqtisadi prosesləri izah etməyə imkan verir. Əmək bazarını tədqiq edərkən əməyin növlərində, ixtisaslaşdırma səviyyələrində və peşəkar hazırlıqda olan bütün fərqlərdən yayınmaq (abstraklaşdırılmaq) lazımdır. Əməyə olan tələb firmlar tərəfindən təqdim edilir, əməyin təklifini isə ev təsərrüfatları təmin edirlər. Əmək bazarının tarazlığı iqtisadiyyatda əməyin tarazlı kəmiyyətini (L) və əməyin tarazlı qiymətini - əmək haqqı dərəcəsini (W/P) təyin etməyə imkan verir. Əmək bazarında qeyri-tarazlığın təhlili işsizliyin forma və səbəblərini müəyyən etməyə imkan verir. Valyuta bazarı (foreign exchange market) - müxtəlif ölkələrin milli pul vahidlərinin bir-biri ilə mübadiləsini (dolların manatla, funt sterlinqovun avroya və s.) həyata kecirən bazardır. Milli valyutaya tələb müəyyən ölkənin əmtəələrini və qiymətli kağızlarını almaq arzusu olan əcnəbilər tərəfindən təqdim edilir, milli valyutaların təklifini isə ölkənin milli bankı təmin edir. Bir milli valyutanın digərinə mübadiləsi nəticəsində onun qiyməti - valyuta məzənnəsi (e-exchange rate)
Makroiqtisadi agentlər İqtisadi davranışın səciyyəvi xüsusiyyətlərinin aşkar edilməsinə əsaslanan ümumiləşdirmə 4 makroiqtisadi agentin fərqləndirilməsinə imkan verir. Bunlar ev təsərrüfatları, firmalar, dövlət və xarici sektordur. Ev təsərrüfatları (hauseholds) - iqtisadi fəaliyyətinin məqsədi faydalılığın maksimallaşdırılmasından ibarət olan məcmu, səmərəli fəaliyyət göstərən makroiqtisadi agentdir. Ev təsərrüfatları: - iqtisadi resursların (əmək, torpaq, kapital, sahibkarlıq qabiliyyəti) sahibidir. İqtisadi resursun satışından ev təsərrüfatları gəlir əldə edərək onun əksər hissəsini istehlaka sərf edir (istehlak xərcləri), qalan hissəsini isə qənaət edir və ona görə də: - əmtəə və xidmətlərin əsas alıcısı kimi çıxış edir; - əsas əmanətçi və beləliklə də, kreditor kimi çıxış edərək iqtisadiyyatda kredit vəsaitlərinin təklifini təmin edir. Firmalar - iqtisadi fəaliyyətinin məqsədi mənfəətin maksimallaşdırılmasından ibarət olan məcmu, səmərəli fəaliyyət göstərən makroiqtisadi agentdir. Firmalar: - iqtisadiyyatda əmtəə xidmətlərinin əsas istehsalçısıdır; - istehsal prosesinin həyata keçirilməsində zəruri olan iqtisadi resursların alıcılarıdır. İstehsalın genişləndirilməsi, kapital ehtiyatının artımını və kapitalın aşınmasının ödənilməsini təmin etmək üçün firmalara investisya malları (ilk növbədə avadanlıq) tələb olunur. Ona görə də onlar: - investisya mallarının alıcılarıdır, yəni iqtisadiyyatda istehsal olunan məhsulun bir hissəsinə tələb təqdim edirlər. Satışdan əldə olunan gəlir ev təsərrüfatlarına faktor gəlirləri formasında ödənildikdən, firmalar öz investisya xərclərini maliyyələşdirməkdən ötrü bir qayda olaraq, borcalma vəsaitlərdən istifadə edir və ona görə: - iqtisadiyyatda əsas borcalan kimi çıxış edərək kredit vəsaitinə tələb təqdim edirlər. Ev təsərrüfatları və firmalar iqtisadiyyatın özəl (xüsusi) sektorunu təşkil edirlər. Dövlət - iqtisadiyyatın tənzimlənməsində iqtisadi proseslərin gedişinə siyasi və hüquqi təsir göstərmək haqqı olan dövlət təşkilat və idarələrin məcmusu ilə təmsil edilən səmərəli fəaliyyat göstərən makroiqtisadi agentdir. Dövlətin bazar iqtisadiyyatında əsas vəzifəsi bazarın iflasa uğramasının qarşısını almasından və ictimai rifahın maksimallaşdırılmasından ibarətdir. Dövlət: - ictimai nemətlərin istehsalçısıdır; - dövlət sektorunun fəaliyyətini təmin etmək üçün zəruri olan əmtəə və xidmətlərin alıcısıdır; - milli gəlirin yenidən bölüşdürücüsüdür (vergi sistemi və transfetlər vasitəsilə); - dövlət büdcəsinin vəziyyətindən asılı olaraq maliyyə bazarında kreditor və ya borcalandır; - bazar iqtisadiyyatının fəaliyyətinin tənzimləyicisi və təşkilatçısıdır. Dövlət bu funksiyanı 2 yolla həyata keçirir: birincisi, iqtisadiyyatın səmərəli inkişafının institusional əsaslarını (qanunvericilik bazası, təhlükəsizlik sistemi, vergi sistemi və s.) qurmaqla. İkincisi, makroiqtisadi siyasəti keçirməklə. Makroiqtisadi siyasətin 2 forması mövcuddur: struktur və konyunktur. Sturuktur siyasət iqtisadi artımın təmin edilməsinə, konyunktur (sabitləşmə) siyasəti isə iqtisadiyyatda tsiklik dəyişmələrin zəifləməsinə (resursların tam məşğulluğunu və qiymətlərin səviyyəsinin sabitləşməsinin təmin edilməsi) istiqamətləndirilir. Makroiqtisadi siyasətin əsas növləri aşağdakılardır: fiskal və ya büdcə-vergi siyasəti; monetar və ya pul-kredit siyasəti; xarici ticarət siyasəti; gəlirlər siyasəti (“əmək haqqı - qiymət” siyasəti) Dövlət sektoru və xüsusi sektor qapalı iqtisadiyyatı təşkil edir. Xarici sektor (foreign sector) - müəyyən ölkəni dünyanın digər ölkələri ilə beynəlxalq ticarət - yəni, əmtəə və xidmətlərin alqı-satqısı (əmtəə və xidmətlərin idxal və ixracı) və kapitalın yerdəyişməsi, yəni, maliyyə aktivlərinin - qiymətli kağızların alqı-satqısı (kapitalın idxalı və ixracı) vasitəsilə birləşdirən, səmərəli fəaliyyət göstərən makroiqtisadi agentdir. Təhlilə xarici sektorun əlavə edilməsi açıq iqtisadiyyatdan xəbər verir.
Mövzu 1 Makroiqtisadiyyatın predmeti və metodoloji prinsipləri 1.1. Makroiqtisadiyyatın predmeti Makroiqtisadiyyat bütövlükdə iqtisadiyyatın fəaliyyət qanunauyğunluqlarını öyrənən iqtisadi agentlərin və iqtisadi bazarların qarşılıqlı əlaqələrini tədqiq edən elmdir. Əlavə olaraq iqtisadiyyat mürəkkəb iyerarxik təşkil edilmiş sistem kimi iqtisadi proses və hadisələrin və onların göstəricilərinin məcmusu kimi çıxış edir. İlk dəfə makroiqtisadiyyat terminini 1933-cü ildə məşhur Norveç alimi ekonometrikanın banilərindən biri, Nobel mükafatı laureatı Raqnar Friş öz məqaləsində işlədib. Lakin məzmunca, müasir makroiqtisadi nəzəriyyə görkəmli ingilis iqtisadçısı Con Meynard Keynsin fundamental əsərindən başlayıb. 1936-cı ildə nəşr olunan «Məşgulluğun, faizin və pulun ümumi nəzəriyyəsi» kitabında o, makroiqtisadi təhlilin təməlini qoymuşdur. Keynsin bu əsərinin əhəmiyyəti o qədər böyük idi ki, nəticədə iqtisadi ədəbiyyatda «keynsçi inqilab» termini əmələ gəlmiş və o zamana qədər iqtisadi hadisələrin tədqiqində ənənəvi yeganə mövcud olan klassik yanaşmaya müqabil keynsçi makroiqtisadi model və ya keynsçi yanaşma əmələ gəlmişdir. Makroiqtisadiyyat bütövlükdə iqtisadiyyat üçün ümumi olan problemləri tədqiq edir və ümumi daxili məhsul, milli gəlir, məcmu tələb, məcmu təklif, məcmu istehlak, investisyalar, qiymətlərin ümumi səviyyəsi, işsizliyin səviyyəsi, dövlət borcu və s. kəmiyyətlərdən istifadə edir. Makroiqtisadiyyat tərəfindən öyrənilən əsas problemlər aşağdakılardır: iqtisadi artım, onun amilləri və templəri;  iqtisadi tsikl və onun səbəbləri;  məşğulluq və işsizlik; qiymətlərin ümumi səviyyəsi və inflyasiya;  faiz dərəcəsinin səviyyəsi və pulun tədavülü; dövlət büdcəsinin vəziyyəti və büdcə kəsrinin maliyyələşdirilməsi; tədiyə balansının vəziyyəti və valyuta məzənnəsi. Bütün bu problemləri mikroiqtisadiyyatın köməyi ilə, yəni ayrı-ayrı istehlakçı, firma və sahə səviyyəsində həll etmək mümkün deyil. Məhz bir sıra belə ümumiqtisadi problemlərinin mövcud olması iqtisadi nəzəriyyənin makroiqtisadiyyat adlanan müstəqil bölməsinin meydana gəlməsini zəruri etmişdir. Makroiqtisadiyyatın öyrənilməsinin əhəmiyyəti aşağdakılardan ibarətdir: - o, nəinki makroiqtisadi hadisə və prosesləri təsvir edir, hətta onlar asrasında qanunauyğunluq və asılılıqları müəyyən edir; - makroiqtisadi asılılıq və əlaqələr haqqında məlumat iqtisadiyyatda mşvcud olan vəziyyəti qiymətləndirməyə və onun yaxşılaşdırılması üçün ilk növbədə hökumət tərəfindən görüləcək tədbirləri müəyyənləşdirməyə - yəni iqtisadi siyasətin prinsiplərinin işlənib hazırlanmasına imkan verir; - makroitisadiyyatın öyrənilməsi gələcək proseslərin necə inkişaf edəcəyini qabaqcadan görməyə - yəni proqnozların qurulmasına, gələcək iqtisadi problemləri təhlil etməyə imkan verir. 1.2. Makroiqtisadi təhlil Makroiqtisadi proseslərin 2 növ təhlili mövcuddur: ex post və ex ante. Makroiqtisadi təhlil ex post və ya milli hesabdarlıq - iqtisadi fəaliyyətin nəticələrini qiymətləndirməyə, neqativ halları və problemləri aşkarlamağa, onların həlli və aradan qaldırılması üçün iqtisadi siyasətin işlənilib hazırlanmasının, ayrı-ayrı ölkələrin iqtisadi potenseallarının müqayisəli təhlilinin aparılmasına imkan verən statistik göstəricilərin təhlilidir. Makroiqtisadi təhlil еx ante müəyyən nəzəri konsepsiyalar əsasında iqtisadi proses və hadisələrin proqnoz modelləşdirilməsi deməkdir ki, bu da iqtisadi proseslərin inkişafını, onun qanunauyğunluqlarını müəyyən etməyə və iqtisadi hadisələr arasında səbəb və nəticə əlaqələrinin aşkar edilməsinə imkan verir. İqtisadi proseslərin təhlilində makroiqtisadiyyat aşağdakı prinsiplərdən istifadə edir: - iqtisadi agentlərin davranışının səmərəliliyi prinsipi o deməkdir ki, agent qazanc və xərcləri müqayisə edərək optimal həlli seçir; - «digər bərabər şərtlərlə” prinsipi ondan ibarətdir ki, bu фярзиййяйя görə hazırda təhlil edilən dəyişənlər istisna olmaqla bütün digər дяйишянляр sabit qalır. - abstraklaşdırma prinsipi, yəni, müəyyən proses və ya hadisələrin təhlilində əhəmiyyətsiz amillərdən yayınmaqla daha çox məna kəsb edən faktorların seçilməsi. - hadisələrin faktiki vəziyyətini əks etdirən pozitiv iqtisadi nəzəriyyə ilə iqtisadi proseslərin necə inkişaf edəcəyini göstərən normativ iqtisadi nəzəriyyənin əlaqələndirilməsi. - iqtisadçılara faktları toplamağa, sistemləşdirməyə və ümumiləşdirməyə kömək edən induktiv metodun hansısa iqtisadi prosesi izah edən bu və ya digər hipotezi, yəni məntiqi nəticəni irəli sürməyə imkan verən deduktiv metodla əlaqələndirilməsi; - iqtisadi qanunauyğunluqların, dəyişənlər arasında əlaqələrin təsviri üçün qrafiklərdən geniş istifadə olunması. Makroiqtisadi təhlilin ən vacib prinsipi ümumiləşdirmədir. Bütövlükdə, iqtisadiyyat səviyyəsində iqtisadi qanunauyğunluqların və asılılıqların öyrənilməsi onlara yalnız məcmular və aqreqatlar kimi baxıldıqda mümkündür. Makroiqtisadi təhlil ümumiləşdirməni tələb edir. Ümumiləşdirmə - ayrı-ayrı elementlərin bir vahidə, aqreqata, məcmuya birləşdirilməsi deməkdir. Ümumiləşdirmə makroiqtisadi agentləri, makroiqtisadi bazarları, qarşılıqlı makroiqtisadi əlaqələri və makroiqtisadi göstəriciləri ayırmağa imkan verir.
Ermənilərdə tarixən vətən sevgisi , vətənə baglılıq hissi olmamışdır . Bu etnosa dövlətçilik hissləri həmişə yad olmuşdur. Bu ondan irəli gəlirdi ki , əvəlla, onlar tarix boyu elə bir dövlətçilik ənənələrinə olmamişlar, malik olduqlari çarlıq və knyazlıqlar isə həm sahəcə xırda,həmdə qonşu dövlətlərin tabeçiliyində olan asli və yaxuda yarımmüstəqil ötəri , qısa ömürlü qurumlar olmuşlar. son iki yüz il ərzində Rusiyanin himayəsi altında Qafqaz, yad ərazilərə cəmləşdiklərindən , onlarin qəlbində vətən hissi dərin kok sala bilməzdi. Bununla əlaqədar V. A .Şnirelman öz kitabinda belə bir maraqlı fakt gətirir. 1980 ci illərdə ABŞ erməniləri arasında aparılmış rəy sorğusu zamanı 567 respondentin yaliniz 51 faizi Sovet erməinistanini ermənilərin mənəvi vətəni hesab etməyə razilaşmışlar. Həmçinin fransa erməniləri. Bütün dünya xalqlarının himnlərində vətənə münasibətdə doğma hissi işlədildiyi halda ermənilərdə bu hiss yoxdur. Onlar bu bölgəyə gəlmə olduqlarini gizlədə bilməmiş və öz himlərin aşağıdakı misralarla bitirmişlər. Azad sovet yurdu , şanlı hayastan Min əzab şəkmisən hey zaman -zaman babalar yolunda vuruşdular ki , Sən ermənilərə vətən olasan.

Hekaye

Mən heç vaxt zamanənin gedişindən nalə etməmişəm və fələyin gərdişindən şikayətləməmişəm , yaliniz bir dəfədən başqa . Bir dəfə ayaq yalın qalmışdım ,ayaqabıisə almaga imkanim yox idi. qanı qara halda Kufə məçidinə gəldim ,ayaqsiz bir adam gördüm . Allaha şükür edib , ayaqqabısılığa dözdüm.